
Xiaomi Mi 10 smartfonları HyperOS-i əldə etməyə başlayıblar
Proqram Təminatı
22.04.2024
Farid
Xiaomi şirkəti öz smartfonlarının sistemlərini HyperOS-ə kimi yeniləməyə davam edir. Bu dəfə növbə şirkətin 2020-ci il istehsalı flaqman smartfonlarına çatıb. Söhbət, Xiaomi Mi 10, Mi 10 Pro və Mi 10 Ultra smartfonlarından gedir. Sözügedən smartfonlar üçün HyperOS 1.0.3.0.TJACNXM nömrəsi altında təqdim olunub. Sistem yenilənməsinin həcmi isə 4.1 GB təşkil edir. Məlumatda qeyd edilib ki, Xiaomi Mi 10 smartfon seriyasının modelləri üçün istifadəyə verilmiş HyperOS Android 13 əsaslıdır. Qeyd etmək lazımdır ki, sistem yenilənməsini bu smartfonların ilk növbədə Çindəki istifadəçiləri əldə etməyə başlayıblar. Yaxın gələcəkdə isə HyperOS Xiaomi Mi 10 smartfonlarının qlobal bazardakı istifadəçiləri üçün də aktiv olacaq.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy F56 smartfonu təqdim edilib - QİYMƏTİ
