
Xiaomi Mi 11 smartfon seriyası HyperOS-i əldə etməyə başlayıb
Proqram Təminatı
16.04.2024
Farid
Xiaomi şirkəti öz smartfonlarında HyperOS-i istifadəyə verməyə davam edir. Bu dəfə növbə Xiaomi Mi 11 flaqman smartfon seriyasına çatıb. Söhbət, Xiaomi Mi 11, Xiaomi Mi 11 Pro və Xiaomi Mi 11 Ultra smartfonlarından gedir. HyperOS bu smartfonlar üçün 1.0.2.0.UKACNXM nömrəsi altında təqdim olunub. Sistem yenilənməsini bu smartfonların ilk növbədə Çindəki istifadəçiləri əldə etməyə başlayıblar. Lakin yaxın zamanda o, Xiaomi Mi 11 smartfon seriyasının qlobal bazardakı istifadəçiləri üçün də aktiv olacaq. Qeyd etmək lazımdır ki, adları sadalanmış smartfonlar üçün istifadəyə verilmiş HyperOS Android 14 əsaslıdır.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
