Xiaomi Mi 11T Pro qlobal bazarda HyperOS-i əldə etməyə başlayıb
Proqram Təminatı
19.04.2024
Farid Pardashunas
Xiaomi bazardakı smartfonlarının sistemlərini HyperOS-ə kimi yeniləməyə davam edir. Bu dəfə növbə Xiaomi Mi 11T Pro smartfonuna çatıb. HyperOS yenilənməsi bu smartfon üçün OS 1.0.1.0 UKDEUXM nömrəsi altında təqdim edilib və yenilənmənin həcmi 5.2 GB təşkil edir. Bununla yanaşı sistem yenilənməsi özündə Google şirkətinin aprel ayı üzrə təhlükəsizlik yenilənməsini də birləşdirir. Xiaomi Mi 11T Pro üçün istifadəyə verilmiş HyperOS Android 14 əsaslıdır. Qeyd etmək lazımdır ki, bu yenilənmə sözügedən smartfon üçün nəzərdə tutulmuş son əməliyyat sistemi yenilənməsidir. Xiaomi Mi 11T Pro üçün HyperOS istifadəçilər arasında tədricən istifadəyə verilir və yaxın zamanda hamıda aktiv olacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Redmi brendi Redmi 13 5G üzərində çalışır
Redmi brendi Redmi 13 5G üzərində çalışır
Xiaomi-nin Redmi brendi keçən il təqdim edilmiş Redmi 12 5G smartfonunun davamçısı üzərində çalışır.
Xiaomi 14 seriyasına süni intellekt əlavə ediləcək!
Xiaomi 14 seriyasına süni intellekt əlavə ediləcək!
Samsung markasının "Galaxy S24" seriyası ilə təqdim etdiyi "Galaxy AI" süni intellektinin bir bənzər forması da Xiaomi tərəfindən hazırlanır.
Black Shark Ring smart üzüyü təqdim olunub - QİYMƏTİ
Black Shark Ring smart üzüyü təqdim olunub - QİYMƏTİ
Xiaomi-nin Black Shark brendi öz smart üzüyünü təqdim edib. Bu smart üzük Black Shark Ring adlanır.
Redmi Buds 5A naqilsiz qulaqlığının təqdimatı anons edilib
Redmi Buds 5A naqilsiz qulaqlığının təqdimatı anons edilib
Xiaomi-nin Redmi brendi yaxın günlərdə öz yeni naqilsiz qulaqlığını təqdim edəcəyini anons edib.
Xiaomi 15 smartfon seriyasının 3 özəlliyi açıqlanıb
Xiaomi 15 smartfon seriyasının 3 özəlliyi açıqlanıb
Xiaomi bu il Xiaomi 15 smartfon seriyasını təqdim edəcək. Bu seriyaya minimum iki model daxil olacaq.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!