Xiaomi-nin 5 smartfonu bu ay HyperOS-i əldə edəcək
Proqram Təminatı
22.01.2024
Emil
Xiaomi şirkəti qlobal bazardakı 5 smartfonu üçün HyperOS-i istifadəyə verməyə hazırlaşır. Verilmiş məlumata əsasən HyperOS-i Xiaomi 12T Pro, Xiaomi 12 Pro, Xiaomi 12, Redmi Note 12 5G, POCO F4 GT və Redmi Note 12 Pro 5G smartfonları əldə etməyə hazırlaşırlar. Məlumatda qeyd edilib ki, şirkət adları sadalanmış smartfonlar üçün HyperOS-i artıq müəyyən müddətdir ki, test edir. Sözügedən smartfonlar üçün HyperOS artıq bu ayın sonuna kimi istifadəyə verilməlidir. Qeyd etmək lazımdır ki, bu smartfonlar üçün HyperOS-in Android 14 əsaslı olacağı gözlənilir.