
Xiaomi Pad 6 planşetinin qlobal versiyası HyperOS-i əldə edib
Proqram Təminatı
23.01.2024
Emil
Xiaomi şirkəti qlobal bazardakı cihazlarını HyperOS ilə təmin etməyə davam edir. Bu dəfə sistem yenilənməsini Xiaomi Pad 6 planşetinin qlobal versiyası əldə edib. HyperOS sözügedən planşetin ilk növbədə Hindistandakı istifadəçiləri üçün təqdim edilib. Lakin yaxın zamanda Xiaomi Pad 6-nın digər ölkələrdəki istifadəçiləri də sistem yenilənməsini əldə edəcəklər. Qeyd etmək lazımdır ki, planşet üçün istifadəyə verilmiş sistem yenilənməsinin həcmi 4 GB təşkil edir və onun sayəsində planşet iOS tərzində istifadəçi interfeysini əldə edib.
Paylaş
Ən çox oxunanlar

15 000-dən çox şagird Milli Hakatonun seçim mərhələsində iştirak edib.
