main-post-cover

    Xiaomi smartfonlarındakı reklamları bir kliklə deaktiv etmək mümkün olmayacaq

    Proqram Təminatı
    05.08.2024
    Emil Nəcəfov
         Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Xiaomi şirkəti HyperOS-in ayarlar bölməsində yerləşəcək xüsusi düymə üzərində çalışır və həmin düymə bir kliklə sistem tətbiqlərində reklam elanlarını deaktiv etməyə imkan verəcək. Android Authority saytı öz növbəsində bu məlumatın həqiqətə uyğun olub-olmadığını təsdiqləmək üçün Xiaomi-yə müraciət edib. Xiaomi isə ortaya çıxmış bu məlumatı təkzib edib. Şirkət bildirib ki, istifadəçi təcrübəsinin yaxşılaşdırılması istiqamətində şirkət öz smartfonlarında daha öncədən quraşdırılmış tətbiqlərin sayını azaltmağa hədəflənib.
         Məlumata əsasən şirkətin yaxın zamanda təqdim olunacaq yeni flaqman smartfonlarında bunu müşahidə etmək mümkün olacaq. Lakin sistem tətbiqlərində reklam elanlarının bir düymə vasitəsilə deaktiv edilməsi imkanını gözləmək lazım deyil. Qeyd etmək lazımdır ki, hal-hazırda Xiaomi smartfonlarında sərgilənən reklam elanlarını deaktiv etmək üçün ilk növbədə ayarlar bölməsinin dərinliklərində olan MSA tətbiqini deaktiv etmək lazımdır. Daha sonra isə reklam elanının sərgiləndiyi hər bir sistem tətbiqi üçün ayrı-ayrılıqda bu imkanı deaktiv etmək lazım gələcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Büdcəli POCO Buds X1 naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ
    budceli-poco-buds-x1-naqilsiz-qulaqligi-teqdim-edilib-qiymeti
    POCO M6 Plus 5G təqdim edilib - QİYMƏTİ
    poco-m6-plus-5g-teqdim-edilib-qiymeti
    Xiaomi-nin bəzi smartfonlarının nə qədər müddət ərzində dəstəklənəcəkləri məlum olub
    xiaomi-nin-bezi-smartfonlarinin-ne-qeder-muddet-erzinde-desteklenecekleri-melum-olub
    Xiaomi 15-in ekran, kamera və batareya göstəriciləri açıqlanıb
    xiaomi-15-in-ekran-kamera-ve-batareya-gostericileri-aciqlanib
    Xiaomi SU7-nin qlobal bazarda satışa çıxma ehtimalı var
    xiaomi-su7-nin-qlobal-bazarda-satisa-cixma-ehtimali-var