Logo
    main-post-cover

    Xiaomi telefonları, gizli kameraları aşkarlaya biləcək!

    Proqram Təminatı
    06.08.2024
    Farid

         Xiaomi, HyperOS 2.0 yeniləməsi ilə əvvəllər görülməmiş təhlükəsizlik-məxfilik xüsusiyyətini təqdim edəcək. Belə ki, artıq Xiaomi telefonları, WLAN əsaslı zənglər vasitəsilə gizli kameraları aşkarlaya biləcək.

         XiaomiTime-dən verilən məlumata görə, HyperOS 2.0 yeniləməsi, dəstəklənən Xiaomi cihazlarına simsiz yerli şəbəkə (WLAN) siqnallarından istifadə edərək gizli kameraları aşkar etməyə imkan verəcək yeni funksiya təqdim edəcək.
         Bu funksiyadan istifadə edərək, Xiaomi telefon istifadəçiləri, kameraların özünün yerli Wi-Fi şəbəkəsinə qoşulduğunu güman edərək şübhəli cihazları aşkarlaya biləcəklər. Gizli Kameranın Aşkarlanması funksiyasının paylaşılan ekran görüntülərində “Məxfiliyinizi və şəxsi təhlükəsizliyinizi qorumaq üçün gizli kameraları aşkar edin" mesajı açıq şəkildə göstərilir. Ekran görüntüləri həmçinin istifadəçilərin şübhəli cihazları bir toxunuşla skan edə biləcəyini də göstərir. Bu xüsusiyyət istifadəyə təqdim edildikdə istifadəçilərin “Skanı Başlat” düyməsinə toxunmaları və aşkarlanan cihazları gözləməli olacaqlar. Skan etmə başa çatdıqdan sonra isə hər hansısa kameranın tapılıb-tapılmadığı göstəriləcək.
         Bu təhlükəsizlik xüsusiyyəti səyahət edənlər, xüsusən də tez-tez gəzintidə olanlar üçün faydalı olacaq. Gizli kamera aşkarlama xüsusiyyətini də gətirəcək HyperOS 2.0 yeniləməsinin oktyabr ayında təqdim ediləcəyi gözlənilir.
    Paylaş