
Yaxın zamanda HyperOS-in qlobal versiyasını əldə edəcək cihazların rəsmi siyahısı təqdim edilib
Proqram Təminatı
19.12.2023
Emil
Xiaomi şirkəti yaxın zamanda HyperOS-in qlobal versiyasını əldə edəcək cihazlarının siyahısını təqdim edib. Siyahıya 7 ədəd smartfon və 1 ədəd planşet daxil olub. Siyahıdakı cihazlar üçün HyperOS-in qlobal versiyası 2024-cü ilin birinci rübü çərçivəsində istifadəyə verilməlidir. Beləliklə siyahı aşağıdakı kimidir.
- Xiaomi 13 Ultra
- Xiaomi 13 Pro
- Xiaomi 13
- Xiaomi 13T Pro
- Xiaomi 13T
- Redmi Note 12
- Redmi Note 12S
- Xiaomi Pad 6.
Paylaş