Logo
    main-post-cover

    Yaxın zamanlarda Android və iOS arasında fayl transferi asanlaşa bilər!

    Proqram Təminatı
    04.11.2024
    Aslan

         Android cihazlar arasında sürətli fayl paylaşımı imkanı verən Quick Share, Windows-dan sonra iOS və macOS-a da gələ bilər.

         Google, Quick Share-i (əvvəlki adı Nearby Share) 2020-ci ildə təqdim edib. Quick Share, lokal şəbəkə üzərindən istədiyiniz sayda faylı sürətli şəkildə digər cihazlara köçürməyə imkan verən fayl ötürmə xidmətidir. Android Authority tərəfindən əldə olunan məlumatlara görə, Google-un bu xüsusiyyəti Apple cihazlarına gətirmək niyyəti ola bilər. GitHub-da Quick Share-in əsasını təşkil edən Nearby Connections API-nin mənbə kodunda Google mühəndisinin bir şərhdə iOS macOS-də Quick Share-ə fayda verəcəyini qeyd etməsi, Google-un bu xüsusiyyəti iOS və macOS-a gətirmək üzərində çalışdığını düşündürür.
         Google-un bu düzəlişi sadəcə gələcəkdə iOS və macOS üçün nəzərdə tutulan müştərilərə zəmin yaratmaq üçün və ya Nearby Connections-da aşkar etdiyi səhvləri düzəltmək üçün etmiş olması da mümkündür. Əgər Google həqiqətən bu xüsusiyyət üzərində çalışırsa, bu, yaxşı bir xəbərdir. Fərqli platformalar arasında vahid bir tətbiq vasitəsilə fayl paylaşımı imkanı istifadəçilərin istəyəcəyi bir xüsusiyyətdir. Ancaq Quick Share Apple-a gəlsə belə, standart fayl paylaşım tətbiqi olması çətin görünür. Çox güman ki, App Store-dan yüklənərək istifadə ediləcək.
    Paylaş