
Yeni məlumat sızıntısı yenilənmiş Siri ilə bağlı vəziyyətin necə acınacaqlı olduğunu göstərib
Proqram Təminatı
17.03.2025
Emil
Son zamanlar media tez-tez yazır ki, Apple yeni Siri versiyasının hazırlanması prosesində bir sıra çətinliklərlə üzləşib. Yeni versiyanın əsasını süni zəka əsaslı alqoritmlər təşkil etməlidir. Şirkət Apple Intelligence-ın yeni süni zəka funksiyalarının işə salınmasını təxirə salıb və onların nə zaman istifadəyə veriləcəyi hələ məlum deyil. Görünür ki, Apple-ın tərtibatçıları da bunun nə vaxt baş verəcəyini bilmirlər. Bu nəticəyə Siri tərtibatçı komandasının son daxili iclasında səsləndirilmiş məlumatlar əsasında gəlmək olar. İclasda bu bölməyə rəhbərlik edən əsas menecerlərdən biri olan Robby Walker iştirak edib. Toplantı zamanı o, süni zəka funksiyalarının buraxılmasında gecikməni “xoşagəlməz vəziyyət” adlandırıb və Apple-ın qərarları ilə bağlı yorğun və məyus hiss edən əməkdaşlara anlayış göstərib.

Bundan əlavə, Siri-nin neqativ nüfuzuna görə də narahatlığını ifadə edib. O, iOS 19-da yeni Siri funksiyalarının bu il təqdim olunmaya biləcəyini də istisna etməyib, baxmayaraq ki, bu, hazırda Apple-ın əsas hədəfidir. "Apple-ın digər layihələri ilə bağlı öhdəliklərimiz var. Biz onları yerinə yetirmək istəyirik və anlayırıq ki, hazırda onlar təxirə salınan funksiyalardan daha təcili ola bilər" - deyə Wapker əlavə edib. İclas həmçinin Siri-nin hazırlanması bölməsi ilə Apple-in marketinq şöbəsi arasındakı gərginliyə işarə etdi. Walker qeyd edib ki, ictimaiyyətlə əlaqələr komandası istifadəçilərin diqqətini Siri-nin fərdi konteksti anlaması və cihazın ekranında göstərilən məlumatlara əsasən hərəkət etmə qabiliyyəti ilə bağlı funksiyalarına yönəltmək istəyirdi - baxmayaraq ki, bu funksiyalar hələ hazır deyil.

O bu funksiyaların WWDC konfransında elan edilməsinin və bunun nəticəsində yaranan istifadəçi gözləntilərinin vəziyyəti daha da ağırlaşdırdığını etiraf edib. O vaxtdan bəri Apple bu imkanları nümayiş etdirən iPhone 16 reklamını geri çəkib və veb-saytında bir neçə bölməni yeniləyərək, bu funksiyaların buraxılışının daha gecikdirildiyini bildirib. Bloomberg-in məşhur insayderi Mark Gurman yazır ki, gecikmə yeni funksiyaların işləmə keyfiyyəti ilə bağlı problemlərlə əlaqəlidir. Onun sözlərinə görə, "bu funksiyalar vaxtın üçdə birində düzgün işləmir". Apple bu vəziyyətə rəsmi şərh verməyib, yalnız son açıqlamalarından birində Siri-nin genişləndirilmiş imkanlarının hazırlanmasının "gözləniləndən daha çox vaxt aparacağını" bildirib.

Mənbələrin məlumatına görə, son iclasda Walker əməkdaşlara bildirib ki, Apple-ın yüksək rəhbərliyi, o cümlədən proqram təminatı inkişafı üzrə vitse-prezident Craig Federighi və süni zəka bölməsinin rəhbəri John Giannandrea yaranmış vəziyyətə görə "şəxsi məsuliyyəti ciddi şəkildə" öz üzərinə götürürlər. "Müştərilər təkcə bu yeni funksiyaları yox, həm də daha təkmil bir Siri sistemini gözləyirlər. Biz onları tam hazır olduqda təqdim edəcəyik. Hələ geniş auditoriya üçün tam uyğun deyil, baxmayaraq ki, rəqiblərimiz bənzər funksiyaları ya eyni, ya da daha pis vəziyyətdə istifadəyə veriblər" - deyə Walker əlavə edib və komandanın artıq "təsirli" bir iş gördüyünü qeyd edib.
Mənbə: The Verge
Paylaş
Bənzər xəbərlər

Cihazlar+
iPhone 16e alıcılar arasında iPhone SE 2022-dən daha məşhurdur
IDC analitiklərinin məlumatına görə, iPhone 16e smartfonunun ilk həftələrdəki satış tələbi, iPhone SE 2022 modeli ilə müqayisədə 60% daha yüksək olub. Bununla yanaşı, Apple məhsullarına olan tələbin Çin bazarında azalmaqda olduğu qeyd edilir.

Cihazlar+
AirPods-lar nitqin sinxron tərcüməsi imkanını əldə edəcəklər
Bloomberg-in nüfuzlu insayderi Mark Gurman, AirPods istifadəçilərini sevindirəcək maraqlı bir xəbər paylaşıb. Apple, AirPods qulaqlıqları üçün elan olunmamış sinxron nitq tərcüməsi funksiyası üzərində aktiv çalışır.

Proqram Təminatı
Apple servislərində backdoor-un yerləşdirilməsi mövzusunda Böyük Britaniya və ABŞ rəsmiləri danışıqlar aparıblar
Böyük Britaniya və ABŞ rəsmiləri, Böyük Britaniyanın istifadəçilərə məxsus şifrələnmiş məlumatlara giriş əldə etmək üçün Apple servislərində backdoor yaratmaq niyyətində olduğu ilə bağlı narahatlıqları aradan qaldırmaq üçün danışıqlar aparıblar.

Proqram Təminatı
Apple və Google mobil brauzerlərin inkişaflarına mane olurlar
Böyük Britaniyanın mobil brauzer bazarı istehlakçılar və biznes üçün effektiv işləmir - belə nəticəyə Böyük Britaniyanın Rəqabət və Bazarlar İdarəsi (CMA) gəlib. CMA-nın araşdırmasına görə, bu problemin əsas səbəbkarları Apple və Google-dur.

Proqram Təminatı
Apple bu il öz əməliyyat sistemlərində irimiqyaslı dizayn dəyişikliyini reallaşdıracaq
Apple tarixində ən böyük proqram təminatı yeniləmələrindən birini hazırlayır. Bu addım iPhone, iPad və Mac interfeysini yeni nəsil istifadəçilər üçün dəyişdirməyə yönəlib. Bloomberg-in etibarlı mənbələrinə istinadən verdiyi məlumata görə, Apple ilin sonunda böyük bir yeniləmə təqdim edəcək.
Ən çox oxunanlar

OpenAI CEO-su proqramlaşdırma əvəzinə süni zəka alətlərindən istifadəni öyrənməyi məsləhət görüb
