
Yeni qanun Apple-ı kənar tətbiq mağazalarına icazə verməyə məcbur edəcək
Proqram Təminatı
07.05.2025
Emil
ABŞ-da rəqəmsal məzmun üzrə iri platformalar, o cümlədən Apple və Google üçün oyunun qaydalarını dəyişə biləcək qanun layihəsi müzakirəyə təqdim olunub. Sənədə əsasən, tətbiq mağazalarının böyük operatorları istifadəçilərə üçüncü tərəf mağazalarını quraşdırmağa və onları əsas mağaza kimi istifadə etməyə icazə verməlidirlər. The Verge-in yazdığına görə, qanun layihəsində Apple adı açıq şəkildə çəkilməsə də, ABŞ-da 100 milyondan çox istifadəçisi olan mağazalara sahib şirkətlərə yönəlib. Bu isə həm App Store, həm də Google Play-ə aiddir. Xüsusilə, layihə tərtibatçılara alternativ ödəniş sistemlərindən istifadə etməyə icazə verilməsini, istifadəçilərə isə əvvəlcədən quraşdırılmış tətbiqləri silmək və ya gizlətmək imkanı yaradılmasını nəzərdə tutur.

Bundan əlavə, şirkətlər tərtibatçılara interfeyslərə, funksiyalara və inkişaf alətlərinə əlavə ödəniş tələb etmədən bərabər çıxış imkanı təmin etməyə borclu olacaqlar. Qanunun pozulması halında ABŞ Federal Ticarət Komissiyası tərəfindən cərimələr, həmçinin hər bir pozuntu üzrə 1 milyon dollara qədər mülki sanksiyalar tətbiq edilə bilər. Qeyd edək ki, bu kimi qanunlar artıq Avropa Birliyində qüvvədədir. Apple bu qanunlara əsasən üçüncü tərəf tətbiq mağazalarının quraşdırılmasına icazə verməyə və tərtibatçılara alternativ ödəniş sistemlərinə yönləndirən keçidlər əlavə etməyə məcbur olub.

Bu, Epic Games-ə qarşı açılan məhkəmə işi üzrə qərara cavab olaraq həyata keçirilib. Google da oxşar addımlar ataraq, Android cihazları ilk dəfə işə salındıqda istifadəçiyə əsas brauzeri seçmək imkanı verən seçim ekranı əlavə edib. Bu təşəbbüs ABŞ Nümayəndələr Palatasının Respublikaçılar Partiyasından olan üzvü Kat Cammack tərəfindən irəli sürülüb. Onun sözlərinə görə, böyük tətbiq mağazaları istifadəçi məlumatlarını nəzarətdə saxlayır və onları tərtibatçıların alternativ həlləri əvəzinə daxili ödəniş sistemlərindən istifadə etməyə məcbur edir. Bu isə yüksək qiymətlərə, məhdud seçim imkanına, rəqabətin boğulmasına və nəticədə “innovasiyaların qarşısının alınmasına” gətirib çıxarır.
Mənbə: The Verge
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
