Logo
    main-post-cover

    Yeni Samsung telefonları, defolt olaraq APK quraşdırılmasını bloklayır!

    Proqram Təminatı
    24.07.2024
    Farid

         Samsung-un yeni telefonları Galaxy Z Flip 6 və Z Fold 6, One UI 6.1.1 ilə gəlir. Yeni One UI versiyası ilə Auto Blocker funksiyası indi APK quraşdırmalarını da bloklayır.

         Samsung-un yeni təqdim etdiyi Galaxy Z Fold 6 və Flip 6, bu məhdudiyyətlə gələn ilk cihazlardır. İlkin quraşdırma prosesi zamanı sizə "Auto Blocker" məhdudiyyətləri haqqında məlumat verən və onların söndürülməsinə icazə verən səhifə göstərilir.
         Bu parametr defolt olaraq aktivdir. Buna görə də, onu söndürməsəniz, telefonunuz APK faylları ilə birlikdə təsdiqlənməmiş proqram mağazalarının quraşdırılmasının qarşısını alır. Quraşdırma mərhələsində bu səhifəni ötürsəniz, daha sonra onu parametrlərdən bağlamaq imkanınız var. Settings > Security and privacy > Auto Blocker seçimini söndürə daxil olduqda, Google Play Store və ya Samsung proqram mağazasından kənar proqramlar quraşdıra bilərsiniz. Bu dəyişiklik One UI 6.1.1 yeniləməsini almış/alacaq bütün Samsung cihazları üçün etibarlı olacaq.
    Paylaş