Logo
    main-post-cover

    YouTube-nin yeni dizaynı istifadəçi reaksiyalarına görə geri çəkilib!

    Proqram Təminatı
    01.05.2024
    Farid

         YouTube, 2024-cü ilin aprelində təqdim edilən yeni veb-sayt dizaynı testini istifadəçilərdən gələn sıx reaksiyalara görə dayandırıb.

         Aprelin əvvəlində YouTube öz masaüstü veb-saytı üçün yeni dizaynı sınaqdan keçirməyə başladı və interfeys dəyişikliyi istifadəçilərin böyük əks-təsirinə səbəb oldu. Buna görə tərtibatçılar tam miqyaslı yeniləməni ləğv edərək vəziyyəti daha da pisləşdirməmək qərarına gəliblər.
           Yenidən dizaynın bir hissəsi olaraq videonun başlığı, təsviri və şərhləri yan panelə, tövsiyə olunan videolar isə böyüyərək pleyer pəncərəsinin aşağısına köçürülüb. Bu tərtibat, dəyişiklikləri artırmaqla digər videoları daha görünən etmək üçün hazırlanmışdı. Bununla belə, müxtəlif ölkələrdə məhdud sayda istifadəçinin istifadəsinə verilən yeni dizayn mənfi rəylərlə qarşılanıb.
         Mənfi rəylərin əksəriyyəti sadə dizaynda olunan dəyişikliklərə qarşı edilən reaksiyalardan ibarət olsa da, şərhləri oxuyarkən videonun ekrandan kənara çıxması kimi istifadə ilə bağlı bəzi şikayətlər də var idi. Google-un bu yeni dizayna başqa bir şans verib-verməyəcəyi isə hələ ki, məlum deyil .
    Paylaş