Logo
    main-post-cover

    Youtube, öz oyun xidmətini bütün istifadəçiləri üçün açıq elan edib!

    Proqram Təminatı
    29.05.2024
    Farid

         YouTube, keçən il təqdim etdiyi və Premium abunəçilərin mini oyunları oynaya biləcəyi "Playables" xidmətini bütün istifadəçilərin istifadəsinə verib.    

         YouTube, kitabxanasına şahmat və tapmaca oyunlarından "Angry Birds Showdown", "Trivia Crack" və "Cut the Rope" kimi məşhur gündəlik mobil oyunlara qədər 75-dən çox oyun daxildir. Oyunlara daxil olmaq üçün sadəcə olaraq "Explore" menyusundan "Playables" seçiminə klik etmək kifayət edir. Azərbaycanda hələlik mövcud olmayan xidmət, tezliklə mərhələli şəkildə istifadəyə veriləcək.
        Son zamanlar, texnologiya şirkətləri istifadəçiləri cəlb etmək və platformada saxlamaq üçün təsadüfi oyunlar təklif etməyə başlayıblar. Əvvəllər Netflix, LinkedIn və New York Times istifadəçilərə oxşar oyun xidmətlərini təqdim etmişdilər. YouTube da eyni yolu izləyərək istifadəçilərinə əyləncəli vaxt keçirməyə imkan verəcək oyun xidmətini istifadəyə verib.
    Paylaş