ADA-nın 'Yay düşərgəsi' Azercell-də!

ADA-nın 'Yay düşərgəsi' Azercell-də!

Reklam və Marketinq
26.07.2021 PAYLAŞIM

    Ənənəvi olaraq  ADA Universiteti tərəfindən yay mövsümü ərzində ölkənin müxtəlif orta məktəblərinin şagirdləri üçün təşkil olunan “Yay düşərgəsi” proqramı bu dəfə “İnformasiya Texnologiyaları həftəsi” çərçivəsində “Azercell Telekom” MMC-yə səfər etdi. Məktəblilər ilk olaraq ən böyük Azercell Müştəri Xidmətləri Mərkəzində (Bəsti Bağırova küçəsi, 2) qonaq olub, ön masa arxasında Azercell əməkdaşlarının işini canlı olaraq izləyiblər. Onlar Azercell-də müştəriyə xidmət mədəniyyəti, müştəri məmnuniyyətinin əsasları, ön masa əməkdaşlarının abunəçilərin suallarını cavablandırması prosesi ilə bilavasitə tanış olublar.

    Daha sonra Azercell şirkətinin baş ofisini ziyarət edən düşərgə iştirakçılarına şəbəkə texnologiyaları ilə bağlı məlumatlar verilib. Azercell-in ekspertləri tərəfindən mobil texnologiyaların növbəti inkişaf meylləri, əşyaların interneti, ümumilikdə İKT sahəsinin perspektivləri haqqında təqdimatlar keçirilib. Təqdimatlardan sonra məktəblilər üçün viktorinalar təşkil edilib və Azercell tərəfindən hədiyyələr təqdim olunub. 


    Qeyd edək ki, Azercell şirkəti uzun illərdir ADA Universiteti ilə müxtəlif sahələrdə əməkdaşlıq edir. Şirkət ADA-nın təşkil etdiyi startap yarışmalarının tərəfdaşı qismində çıxış edərək karyera sərgilərində iştirak edib, universitetdə təhsil alan bir qrup xüsusi istedadlı tələbələrə təqaüd ayırmaqla onların fərdi və peşəkar inkişafına dəstək olub.

    Azərbaycanda təhsil və maariflənmənin inkişafına, o cümlədən informasiya və kommunikasiya texnologiyaları sahəsində mütəxəssislərin yetişdirilməsinə böyük önəm verən Azercell, həm də, istedadlı şagirdlərin informatika üzrə beynəlxalq olimpiadalarda iştirakını dəstəkləyir. Şirkət xüsusi qayğıya ehtiyacı olan 1000-dən çox uşağa “Busuu” dilöyrənmə tətbiqi üçün pulsuz kodlar və nömrələr təqdim edib. Bundan əlavə, Azercell şirkəti paytaxt və regionlarda “İnternet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq” mövzusunda şagird, müəllim və valideynlər üçün təlimlər də təşkil edib.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Azercell rekord ballı abituriyentlərimizi təbrik etdi!

Şirkət 27 abituriyent və Vətən Müharibəsində şəhid olmuş hərbçilərimizin 16 nəfər tələbə adını qaza..


Samsung, Galaxy Z Fold 3 və Galaxy Z Flip 3 üçün xüsusi öncədən sifariş aksiyası..

Günümüzdə Samsung yeni nəsil qatlanan ekranlı smartfonları Galaxy Z Fold 3 və Galaxy Z Flip 3 -i təq..


Samsung Unpacked - ilk dəfə Azərbaycanda!

DJ Tural, Orxan Aslanov, Taleh Yüzbəyov, Çingiz Mustafayev, DJ Fateh və başqalarını nə bağlayır? Söz..


Azercellin rəqəmsal həlləri ilə yeni tədris ilinə hazırlıq daha rahat oldu..

Şirkət abunəçilərinə Busuu və Bookmate tətbiqlərindən əlverişli şərtlərlə isitfadə imkanı təqdim edi..


İyul-avqust aylarında 'Uşaq Qaynar Xətt Xidməti'nə 800-ə yaxın müraciət daxil ol..

On bir ildən artıq müddətdə təmənnasız olaraq uşaqlara psixoloji və sosial yardım göstərən “Azərbayc..


Azercell İkinci Qarabağ müharibəsi şəhidlərinin övladları və qaziləri üçün peşə ..

Azercell həm 44 günlük müharibə dövründə, həm də sonrakı müddətdə hər kəsə şərəf və ləyaqət nümunəsi..

×