main-post-cover

    Azərbaycan internet reklam bazarında ən böyük layihə - SmartBee

    Digər
    Reklam və Marketinq
    28.07.2020
    Emil Nəcəfov
        Reklamın satışın mühərriki olduğunu artıq hamı bilir. Müasir  dövrdə reklam kommunikasiyası olmadan hər hansı məhsulu bazarda tanıtmaq çox çətindir. Xüsusilə də internet reklama tələb son dövrlər xüsusilə artıb. TV, radio, çöl, indoor reklamlara nisbətən dijital reklan daha interaktiv, daha ölçüləbilən, hədəf auditoriyasını daha yaxşı seçə biləndir. 
        Azərbaycanda dijital reklam bazarının vəziyyəti o qədər də ürəkaçan deyil. Həm reklamverənlər, həm reklam agentlikləri, həm də veb-saytlar tərəfdə xeyli problemlər var. Qlobal olaraq Google, Facebook, müxtəlif avtomatlaşdırılmış sistemlər də yerli bazarın inkişafına müəyyən hallarda mane olur, öz yerli İT-həllərimizin inkişafını ləngidir.
        Ya internet-reklama düzgün büdcələr ayrılmır, ya onları qeyri-effektiv yerlərdə yerləşdirir, ya da reklam formatları düzgün seçilmir. Son zamanlar dijital marketinq sahəsində xeyli müstəxəssislər, peşəkarlar yaransa da, ölkədə bu problemlər həl də aktuallığını saxlayır. 
        Lakin bu yaxınlarda aldığımız sevindirici xəbər bizi ümidli olmağa vadar etdi. Söhbət SmartBee platformasının tam şəkildə ictimaiyyətə açıq elan edilməsindən gedir. SmartBee vasitəsilə reklamverən cəmi bir pəncərədən xeyli saytda reklam verə, veb-sayt sahibi isə eyni banner zonasında xeyli müxtəlif reklamları yayımlaya bilər.
        Şirkətin direktoru, həm də yaradıcılarından biri olan Fərid Kərimovun bildirdiyinə görə, hazırda sistemdə irili-xırdalı 250 veb-sayt və 120 reklamverən qeydiyyatdan keçib. Sistem canlı rejimdə auksion (RTB-real-time bidding) əsasında işləyir. Hər saniyə müxtəlif reklamverənlərin bannerləri və videoları yerli saytlarda göstərilmək üçün yarışır. Saytlarda birbaşa baha qiymətə reklam verməkdənsə, Smartbee paneli vasitəsilə reklam verəndə xeyli targetinq (hədəfləmə) imkanları ilə və ucuz qiymətə reklam yerləşdirmək mümkündür. 
        Bu tipdə kompleks sistemləri düzəltmək çox çətin və böyük xərc tələb edir. Çox vaxt belə sistemləri Rusiya, Hindistan, Ukrayna və s. hazır şəkildə alır, ya da ümumiyyətlə Google ilə kifayətlənirlər. Biz isə yerli İT-məhsul ortalığa çıxartdıq. Azərbaycan məhsulu deyə bilərik. Sitemin alqoritmi, arxitekturası, reklamı göstərmək üçün modulları məhz Azərbaycanda yazılıb. Bəli, bu çətin və xeyli xərc tələb etsə də, öz şəxsi məhsulumuzu yaratmağımıza dəyərdi.  Sistemin arxasında PostgreSQL, Redis, Percona Server, Elastic Search, Hadoop, Apache Spark, Linux Debian və s. texnologiyaları durur. Hər ay 5.5 milyard göstərim, 3.5 milyon nəfərlik auditoriya qarşısında sistem tam işlək vəziyyətdədir.
        Onun dediyinə görə SmartBee sistemi Azərbaycanda bir çox ilklərə imza atıb. 
    - İlk dəfə Azərbaycanda cost-per-view (CPV) modeli ilə yerləşmə
    - Çarpaz auditoriya (cross-campaign reach)
    - Bir pəncərədən həm banner, həm video, həm xəbər reklamının qoyulması
    - Önərilənən və bloklanan saytların avtomatik seçilməsi və s.
        Layihənin yaradıcılarından biri olan, rəqəmsal marketinq eksperti  Tural Kərimovun sözlərinə görə sistemdə çox böyük, tanınmış şirkətlər reklam verir. Mastercard, Mars, RedBull, Berlin-Chemie, Samsung, Mondelez International kimi tanınmış şirkətlər hər ay bu sistem vasitəsilə, vahid pəncərədən reklamlarını onlarla sayt arasında bölüşdürür. 
        Onun dediyinə görə sistemin ön bəyük, ən maraqlı xüsusiyyəti əlbəttə ki, açar-kəlmələr üzərindən kontekst reklamıdır. İndiyə qədər Azərbaycanda yalnız Google bu tipdə reklamı təklif edirdi. Artıq SmartBee vasitəsilə də böyük miqyasda kontekst reklamları yerləşdirmək mümkündür. Məsələn, bank istəyir ki, onun reklamı yalnız kontentində “depozit” sözü olan xəbərlərdə görünsün. Yaxud da, tort mağazasının reklamı yalnız tərkibində “şirniyyat“ sözü olan xəbərlərdə görünsün. SmartBee bu funksiyanı tam dəstəkləyir. Bunun hesabaına Azərbaycanda internet-reklamın effektivliyi xeyli artacaq. 
        SmartBee sisteminə qoşulmuş yayınçılar arasında xəbər saytları, qadın, kulinariya, avtomobil, təhsil, tibb sektoruna aid tematik veb-saytlar var. Müştərilərin arasında isə əsasən beynəlxalq şirkətlər üstünlük təşkil etsə də, getdikcə yerli müştərilər də artır. Çox vaxt Azərabycanda əksinə olur, əvvəlcə yerli müştərilərə xidmət göstərilir, sonra isə genişlənib beynəlxalq müştərilərə. Amma SmartBee sistemində isə əksinə olub ki, bu da Fərid Kərimovun fikrincə təəccüblü deyil: onun fikrincə xarici şirkətlərdə işləyən marketinq mütəxəssisləri daha təcrübəli, daha ağıllı, pulun effektivliyini daha çox ölçən adamlardır. Ona görə də bizim sistemdən birinci məhz xarici şirkətlər yararlandı. Sonralar isə yelri şirkətlərdəki təcrübəli dijital və reklam mütəxəssisləri də SmartBee vasitəsilə reklam verməyə başlayıb. Azerfon (Nar), Optimal Electronics, Hünər Group kimi şirkətlər bu sistemdən istifadə edir, reklam büdcələrini getdikcə artırırlar.
        Bizə isə AzNet üçün bu böyük, çox yüksək səviyyəli systemin komandasına uğurlar arzu etmək qalır. Şirkətin adından da göründüy kimi, onun işçiləri arı kimi işləyirlər. Layihənin yalnız Azərbaycan daxilində deyil, ölkəmizdən kənarda da müvəffəqiyyət qazanacağına ümid edirik.
    Linki kopyala