main-post-cover

    Azərbaycanda HONOR-un yeni təqdimatı baş tutub

    Digər
    Reklam və Marketinq
    02.09.2022
    Farid Pardashunas
        Heyrətamiz yeni video imkanları, təkmilləşdirilmiş foto rejimləri və ən son foto sensoru Sony IMX800 təchiz edilən HONOR 70 dünyada vlogging üçün smart çəkiliş rejiminə sahib ilk smartfondur.
        1 sentyabr 2022-ci il tarixində qlobal texnoloji brendi HONOR, Marriot Hotelin şıq zalında influenser və jurnalistlərin iştirakı ilə yeni smartfonunun təqdimatını keçirib. Təqdimat zamanı şirkət nümayəndələri Azərbaycanda HONOR xəttinin ən son məhsulu olan HONOR 70 smartfonunun Azərbaycanda satışa çıxarıldığını elan ediblər. Smartfon heyrətamiz üçlü kamera xüsusiyyətlərinə və yüksək performansa malikdir, əyri ekrana sahib parlaq, simmetrik korpus isə premium və zövqlü görünür. Şirkət bu smartfonun ən tələbkar istifadəçini belə mütləq cəlb edəcəyindən əmindir. Maraqlıdır ki, Azərbaycan smartfonun satışa çıxarıldığı ilk ölkələrdən biri olub. Bu gün Berlində keçirilən IFA beynəlxalq sərgisində də qlobal təqdimat baş tutub. Sentyabrın 2-dən Azərbaycan sakinləri HONOR 70-i İRŞAD mağazalarından 1199 AZN-ə ala biləcəklər.
        "HONOR məhsul əsaslı bir şirkətdir. Məhsullarımızın mükəmməlliyini gerçəkləşdirmək üçün dayanmadan çalışırıq. Biz istifadəçi ehtiyacları və texnoloji yeniliklər arasında mükəmməl tarazlıq axtarırıq və buna həmişə nail oluruq. Bax, sinfində ən yaxşı olan məhsulları belə inkişaf etdiririk", Şon Mao, HONOR-un Azərbaycan Ölkə Direktoru təqdimatda bildirib. O, həmçinin şirkətin Azərbaycan bazarında HONOR cihazları xəttini genişləndirmək üzrə iddialı planlarını bölüşüb.
        Təqdimatda cihazın özü haqqında yetəri qədər məlumat verilib. Qonaqlar üçün ən yaddaqalan HONOR 70-in zərif zərgərlik sənətindən ilhamlanaraq ortaya çıxarılan asimmetrik əsas kamera blokuna malik premium dizaynı olub. Xarici olaraq, smartfon həqiqətən diqqəti cəlb edir. Parlaq və zərif şüşə korpus gecə yarısı qarası, zümrüd yaşılı və kristal gümüşü rənglərdə təqdim olunur.
        HONOR 70 korpusu çox nazikdir, qalınlığı cəmi 7,91 mm, çəkisi cəmi 178 q-dır. Kiçik çantalara və ciblərə asanlıqla sığır. HONOR 70, 58° əyilmiş kənarları olan parlaq 6,67 düymlük OLED displeylə gəlir. O, enerjiyə qənaət edən Qualcomm Snapdragon 778G Plus çipi ilə təchiz edilib və yüksək performans və istifadəçi təcrübəsi təqdim edir. HONOR 70 ən son HONOR Magic UI 6.1 və Android 12 ilə işləyən ilk HONOR smartfonudur ki, istifadəçilər üçün daha fərdi təcrübə, daha çox rahatlıq və məhsuldarlıq təmin etmək üçün bir sıra təkmilləşdirilmiş, fərdiləşdirilə bilən funksiyalara sahibdir.

    Müasir kamera

        HONOR 70-də ən çox diqqət onun kamerasına verilib. Bu heç də təəccüblü deyil, çünki bu kamera super təkmil Sony IMX800 sensorunun dünya debütüdür. 54MP 1/1.49"-lük əsas sensoru ilə HONOR 70 daha parlaq, daha əhatəvi çəkilişlər üçün daha çox işıq tutur ki, bu da az işıqlı mühitlərdə və xüsusilə gecə vaxtı çox vacibdir. HONOR 70 həm də makro obyektiv kimi də işləyən 50 meqapiksellik 122°-li geniş bucaqlı kamerası ilə hamının qəlbini fəth edib.
        HONOR 70, heyrətamiz təsvirlər və yüksək dəqiqliyə sahib kadrlar üçün öz sinfində ən yaxşı Süni İntellektli üçlü əsas kamera sistemi və HONOR-un patentləşdirilmiş HONOR Şəkil Motoru ilə təchiz edilmişdir.
        HONOR 70-in maraqlı funksiyası Smart Video Fokus toplu şəkil çəkdirmə və ya video çəkmə halları üçün təqdim olunur. Smart Video Fokus rejimində smartfon eyni vaxtda rəqqaslar qrupunun videosunu və seçilmiş rəqqasənin “solo ifası”nı qeydə alıb. Seçilmiş personajın mövqeyini real vaxtda asanlıqla hesablayan və izləyən süni intellekt alqoritmləri sayəsində HONOR 70 eyni vaxtda həm ümumi video qrupu, həm də seçilmiş şəxsin həmişə kadrın mərkəzində olduğu video yaradır. İştirakçı blogger və influenserlər qeyd ediblər ki, Smart Video Fokus və əvvəlcədən təyin edilmiş kontentin işlənməsi rejimləri həqiqətən onların məzmununu zənginləşdirməyə kömək edəcək və ümumilikdə onların işini daha rahat və asan hala gətirəcək.

    Qiymətlər və Mövcudluq

        HONOR 70-nin Azərbaycanda rəsmi satışına sentyabrın 2-dən etibarən İRŞAD mağazalarında start verilib. Smartfon üç zəriif və dəbdə olan rənglərdə (zümrüd yaşılı, gecəyarısı qarası, kristal gümüşü) satışa çıxarılacaq. Müştərilər HONOR 70-in onlara ən uyğun versiyasını seçə biləcəklər: 8+128 GB versiyası 1199,99 AZN, daha çox yaddaşa malik 8+256 GB versiyası isə 1299,99 AZ-dir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər