Reklam
Azərbaycanda növbəti Uşaq Paralimpiya İdman Oyunları baş tutub

Azərbaycanda növbəti Uşaq Paralimpiya İdman Oyunları baş tutub

Reklam və Marketinq
28.12.2021 PAYLAŞIM

    Ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC-nin dəstəyi ilə Azərbaycanda növbəti Uşaq Paralimpiya İdman Oyunları baş tutub. Sayca VI Uşaq Paralimpiya İdman Oyunları bu il hər bir idman növü üzrə ayrı-ayrı yarışlar şəklində və karantin rejiminin tələblərinə uyğun olaraq keçirilib.

    Oyunlarda Bakı, Gəncə, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasından paralimpiyaçı uşaqlar iştirak ediblər. 13 noyabr-22 dekabr tarixləri arasında baş tutan VI Uşaq Paralimpiya İdman Oyunlarında ümumilikdə 5 idman növü üzrə 120-yə yaxın uşaq yarışıb. 


    Uşaqlar pauerliftinq, stolüstü tennis, cüdo, üzgüçülük və para-taekvondo idman növləri üzrə oyunlarda iştirak ediblər. Hər idman növü üzrə yarışlar müxtəlif kateqoriyalarda keçirilib. Nəticədə 70-dən çox uşaq fərqli dərəcələr üzrə qalib elan olunub. 

    Sağlamlıq imkanları məhdud uşaqların abilitasiya və reabilitasiya yolu ilə cəmiyyətə inteqrasiyasına yardım edən "Azercell Telekom” MMC  bu mühüm missiyanı dəstəkləməklə ölkəmizdə uşaqların fiziki sağlamlığı və inkişafının təmin olunmasına öz töhfəsini verir.

    2021-ci ilin yayında Tokioda keçirilmiş Olimpiya və Paralimpiya Oyunlarında Azərbaycan Milli komandalarının tərəfdaşı kimi çıxış edən “Azercell Telekom” MMC növbəti Uşaq Paralimpiya yarışmasının iştirakçılarını və qaliblərini təbrik edir, onlara gələcəkdə daha böyük uğurlar arzulayır.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Musiqi hər yerdə! “Bang & Olufsen” akustika sistemləri haqqında – Foto..

Bu gün hər birimizin həyatının ayrılmaz hissəsinə çevrilən musiqini dinləməyi sevməyən insan çətin t..


Külək olmadan sərinlə: WindFree™ texnologiyası bizim həyatımıza necə təsir edir?..

Yay fəsli gəldikdə insanlar istirahətdən əlavə, həm də “Kondisioner qripi”nə də tutulmamaq haqqında ..


Azercell şəbəkəsinin genişləndirilməsi və modernləşdirilməsi üzrə genişmiqyaslı ..

Operatorun abunəçiləri harada olduqlarından asılı olmayaraq yüksəksürətli və keyfiyyətli mobil inte..


Azercell Telefon Mərkəzinin müştəri məmnuniyyəti indeksi 94% təşkil edir..

Lider mobil operator cari ilin ilk altı ayında 2 milyondan çox müraciət cavablandırıb


Bir tədbirdən daha böyük: 'Samsung' yeni sıçrayışa hazırlaşır

Avqustun 10-da, saat 19:00-da dünya texnologiyasının liderlərindən “Samsung”un yeni smartfonunun “Ga..

×