Azərbaycanda üçüncü 'InnoWeek – İnnovasiya həftəsi'

Azərbaycanda üçüncü 'InnoWeek – İnnovasiya həftəsi'

Reklam və Marketinq
17.12.2020 PAYLAŞIM

    14-19 dekabr tarixlərində Azərbaycanda üçüncü “InnoWeek – İnnovasiya həftəsi” keçirilir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, İnnovasiyalar Agentliyi, “Azercell Telekom” MMC-nin birgə təşkilatçılığı, “BestComp Group” MMC, “BP” şirkəti və “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin baş sponsorluğu ilə baş tutacaq layihə, ölkəmizdə innovativ ideyaların yayılması, startap hərəkatının genişləndirilməsi, gənclər arasında innovativ düşüncə tərzinin inkişaf etdirilməsi məqsədilə həyata keçirilir.

    Yeni növ koronavirus (COVİD-19) pandemiyası şəraitində “InnoWeek” çərçivəsində keçirilən müxtəlif yerli və beynəlxalq səviyyəli tədbirlər onlayn şəkildə təşkil edilir. Əsas məqsəd innovasiya ekosisteminin formalaşdırılması prosesinin sürətləndirilməsi, gənclərin innovasiya sahəsinə marağının artırılması, o cümlədən, startap ideyalarının reallaşdırılmasına dəstək göstərilməsidir. https://innoweek.az/


    18 dekabr tarixində “Innovation Awards” mükafatlandırma tədbiri keçiriləcək. Mükafatlandırma tədbiri zamanı 2019-2020-ci illər ərzində innovasiya fəaliyyəti istiqamətində müxtəlif nominasiyalar üzrə ən təşəbbüskar və fəal şirkət və layihələrin mükafatlandırılması baş tutacaq (https://innoweek.az/award/).

    19 dekabr “InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Robopark” layihəsi çərçivəsində “Girls Code Azerbaijan” platforması tərəfindən “The full lifecycle of Machine Learning projects – Maşın öyrənməsi proyektlərinə ümumi ortaq yanaşma” adlı tədbir təşkil olunacaq. Təlimdə bu proyektlərə ümumilikdə necə yanaşmalı, modelin öyrənilməsi üçün lazım olan datanın hazırlanması, test edilməsi, təxmin olunan dəyərlərin çatdırılması prosesləri və modelin müxtəlifliyinin əhəmiyyəti izah olunacaq. 19 dekabr saat 20:00-da başlayacaq vebinar-təlim 1 saat davam edəcək, maraqlanan hər bir şəxs vebinara qoşularaq, müvafiq sektorda biliklərini təkmilləşdirə bilər.

Aşağıdakı linkə daxil olmaqla qeydiyyatdan keçib vebinarda iştirak etmək olar. 

https://forms.gle/Zph8ohS8mKHRX8r6A 

    19 dekabr tarixində “Devopsdays” beynəlxalq tədbiri keçiriləcək. “Devopsdays” dünya miqyasında proqram təminatı, İT infrastruktur əməliyyatları və onlar arasındakı kəsişmə mövzularını əhatə edən texniki konfranslar seriyasıdır.

    Tədbir həm texniki məsələlərə, həm mədəniyyət, eyni zamanda təşkilatlar daxilindəki proseslər və quruluşa həsr olunacaq. “Paşa Bank” və “SUP.VC” şirkətinin sponsorluğu ilə keçiriləcək konfranslar texnoloqlar və iş adamlarını bir araya gətirəcək. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Mobil cihazların orijinallığını onlayn yoxlamaq mümkündür – imei.az

Mobil cihazların bir-birindən fərqləndirilməsi, eləcə də həmin cihazın şəbəkə ilə təmin olunması IME..


Fidan Hüseynova İnformatika üzrə beynəlxalq olimpiadada gümüş qazandı

Azercell-in dəstəklədiyi azərbaycanlı şagird beynəlxalq yarışmada yüksək nəticə əldə edib..


Azercell sosial şəbəkələrdə yarışma elan edir

Azərbaycanda telefon rabitəsinin yaradılmasının 140 illiyi münasibətilə xüsusi hədiyyələr oynanılaca..


'Kontakt' yeniyetmə qızlar üçün 'Her Improvement' İnkişaf Proqramına dəstək oldu..

Ölkənin ən qabaqcıl riteyl şəbəkələrindən olan “Kontakt”ın dəstəyi və “FemTech” platformasının təşki..


Əsl 'Black Friday' kampaniyası 'Kontakt'da-70%-DƏK ENDİRİMLƏR

İlin ən böyük qlobal endirim kampaniyası olan “Black Friday” “Kontakt Home”-da başladı!..

×