Azərbaycanın reklam agentliyi Mərkəzi Asiyanın 3 ən yaxşı agentliklərindən biri seçildi
Digər
Reklam və Marketinq
19.01.2021
Emil Nəcəfov
Mərkəzi Asiya bölgəsinin ən yaxşı agentliklərini müəyyən edən AdAsia yaradıcılıq reytinqində Endorphin reklam agentliyi 2020-ci ilin nəticələrinə görə üçüncü yerə layiq görüldü. Reytinqdə agentliklərin yaradıcılığı, eləcə də beynəlxalq festivallarda qazandıqları mükafatlar nəzərə alınır.
Ötən il bütün dünya üçün olduğu kimi, reklam sahəsi üçün də asan deyildi. Koronavirus pandemiyası reklam sanəyesində ciddi bir böhrana səbəb oldu. Digər tərəfdən, bəzi agentliklər üçün bu il, əksinə irəliləyiş və inkişaf ili idi.
2020-ci ildə Endorphin agentliyi “Qadın Dediyin” və “Cashless” layihələri ilə ölkəmizə “Red Jolbors”, “White Square” və “Ukrainian Creative Stories” qlobal reklam festivallarının qızıl, gümüş və bürünc mükafat gətirib.
AdAsia Yaradıcılıq Reytinqinin ilk 5-liyində Özbəkistan, Qazaxıstan, Azərbaycan və Qırğızıstanı təmsil edən agentliklər yer alır. Ümumilikdə, 2020-ci ilin reytinqində iştirak etmək haqqını yalnız 27 agentlik qazanmışdır.
Linki kopyala
Həftənin xəbərləri
Whatsapp yaxın zamanda 2 yeni funksiyanı əldə edəcək
Qutusu açılmamış birinci nəsil iPhone modeli 15 Pro Max-dan təxminən 80 qat baha qiymətə satılıb!