Azercell azad olunmuş ərazilərimizdə şəbəkəsini genişləndirir!

Azercell azad olunmuş ərazilərimizdə şəbəkəsini genişləndirir!

Reklam və Marketinq
09.08.2021 PAYLAŞIM

44 günlük Vətən müharibəsində Azərbaycanın böyük qələbəsi nəticəsində doğma torpaqlarımızın azad olunması ölkəmizin həyatında yeni bir mərhələyə təkan verdi. İşğaldan azad olunmuş ərazilərimizin yenidən qurulması və bərpası istiqamətində dövlət səviyyəli layihələrin təşkil olunması da bundan xəbər verir.

Şanlı ordumuzun, demək olar ki, ardınca bütün cəbhə boyu irəliləyən Azercell komandası Cəbrayıl rayonundan başlayaraq azad edilmiş tarixi torpaqlarımızda, eləcə də qədim Şuşa şəhərində 4G şəbəkəsini işə salmağa müvəffəq olub. Azercell işğaldan azad olunmuş ərazilərimizin sürətli inkişafına öz töhfəsini vermək məqsədilə zəruri platforma olacaq mobil telekom infrastrukturunun qurulmasını intensiv şəkildə davam etdirir. Belə ki, işğaldan azad olunmuş torpaqlarımızda qurulmuş Azercell şirkətinə məxsus 60-dan artıq radio baza stansiyası 2G/3G/4G standartlarını dəstəkləyir. Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər rayonları, İstisu, Hadrut, Suqovuşan qəsəbələri, Xocavənd və Laçın rayonlarına aid bir çox kənd və digər ərazilər artıq Azercell şəbəkəsi ilə əhatə olunub. 


Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) konsepsiyasının hazırlanması haqqında sərəncam imzalayıb. Azercell şirkəti öz növbəsində bu istiqamətdə hər cür fəaliyyətə dəstək olmağa hazır olduğunu bildirir.

Azercell-in əsas vəzifəsi və məqsədi işğaldan azad olunmuş ərazilərdə tam gücü ilə yeni nəsil şəbəkənin genişləndirilməsini sürətləndirmək və bu ərazilərə qayıdacaq əhalini mobil internet və qabaqcıl kommunikasiya xidmətləri ilə təmin etməkdir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


SentinelOne - bütün biznes ehtiyaclarınız üçün Aİ əsaslı kibertəhlükəsizlik həl..

Son iyirmi ilin texniki yüksəlişləri və düşüşləri zamanı iki amil dəyişməmiş qalır. Hakerlər hələ də..


Mobil cihazların orijinallığını onlayn yoxlamaq mümkündür – imei.az

Mobil cihazların bir-birindən fərqləndirilməsi, eləcə də həmin cihazın şəbəkə ilə təmin olunması IME..


Fidan Hüseynova İnformatika üzrə beynəlxalq olimpiadada gümüş qazandı

Azercell-in dəstəklədiyi azərbaycanlı şagird beynəlxalq yarışmada yüksək nəticə əldə edib..


Azercell sosial şəbəkələrdə yarışma elan edir

Azərbaycanda telefon rabitəsinin yaradılmasının 140 illiyi münasibətilə xüsusi hədiyyələr oynanılaca..


'Kontakt' yeniyetmə qızlar üçün 'Her Improvement' İnkişaf Proqramına dəstək oldu..

Ölkənin ən qabaqcıl riteyl şəbəkələrindən olan “Kontakt”ın dəstəyi və “FemTech” platformasının təşki..


Əsl 'Black Friday' kampaniyası 'Kontakt'da-70%-DƏK ENDİRİMLƏR

İlin ən böyük qlobal endirim kampaniyası olan “Black Friday” “Kontakt Home”-da başladı!..

×