Azercell beynəlxalq səviyyədə 'İlin şirkəti' seçildi

Azercell beynəlxalq səviyyədə 'İlin şirkəti' seçildi

Reklam və Marketinq
14.09.2020 PAYLAŞIM

    Yeni brend kimliyi ilə ölkənin telekommunikasiya sektorunun lideri “Azercell Telekom” MMC Azərbaycanda qazandığı uğurları dünyaya daşıyaraq və ölkəmizi beynəlxalq arenada uğurla təmsil edərək nüfuzlu “STEVIE 2020” müsabiqəsində yüzlərlə şirkət arasında “İlin telekommunikasiya şirkəti” adını qazanıb. Şirkət bu nominasiya üzrə ən yüksək pillədə qərarlaşaraq Qızıl mükafatı əldə edib. Azercell eyni zamanda “İlin ən innovativ şirkəti” və “Ən dəyərli korporativ məsuliyyətli şirkət” nominasiyaları üzrə Bürünc mükafata da layiq görülüb.

    Azercell-in rəqəmsallaşma və innovativ texnologiyaların tətbiqi istiqamətində gördüyü işlər, korporativ sosial məsuliyyət sahəsində fəaliyyəti müstəqil beynəlxalq mütəxəssislərdən ibarət münsiflər heyəti tərəfindən yüksək dəyərləndirilib. Münsiflər Azercell-in həm ölkədə, həm də Cənubi Qafqazda yeni nəsil texnologiyaları ilk tətbiq etməsi, ən son innovativ həlləri yerli bazara gətirməsi və eyni zamanda yüksək sosial məsuliyyətli siyasət həyata keçirməsini xüsusi vurğulayaraq, Azərbaycanın aparıcı operatorunu “regionun ən uğurlu şirkəti”, “dünya səviyyəli qurum”, “qalib brend” kimi xarakterizə ediblər.


    Qeyd edək ki, müxtəlif illərdə Google, Microsoft Corporation, Türk Telecom, Vodafon Türkiyə, Etisalat, Dell Technologies, Mayersk Company, HP Inc., UNESCO ICHCAP, IBM və s. bu kimi nüfüzlu şirkətlər bu beynəlxalq müsabiqədə iştirak edib qalib seçilənlər sırasındadır.

    "STEVIE” İnternational Business Awards biznesin bütün aspektlərini əhatə edən, müxtəlif sahələrdə çalışan şirkətlərin uğurunu qiymətləndirən və onları bütün dünyaya tanıdan bir mükafatdır. Bu il “STEVIE” mükafatı dekabrda Parisdə təşkil olunacaq mərasimdə qaliblərə təqdim olunacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Azercell ilk Onlayn Qadın Festivalının rəqəmsal tərəfdaşıdır

Mayın 6-8-də Azərbaycanda ilk dəfə olaraq “Azercell Telekom” MMC-nin rəqəmsal tərəfdaşlığı ilə Onlay..


Azercell Biznes yenilənmiş 'Biznesim' tarif planlarını və 'Biznesim Klubu' loyal..

Lider mobil operator korporativ müştərilərinə yüksəksürətli mobil internet və limitsiz şirkətdaxili ..


'Kiçik Ürəklərdə Böyük Xatirələr'

Azercell-in dəstəyilə şəhid övladları üçün reabilitasiya proqramına start verilir


'Kontakt Home' Instagram-da ən populyar riteyl şəbəkəsi oldu – YARIM MİLYON İZLƏ..

Ölkənin lider riteyl şəbəkələrindən olan “Kontakt Home”-un Instagram platformasında izləyici sayı ya..


'Azercell Telekom' MMC-yə yeni prezident təyin olunub

Zərinə Zeynalova “Azercell Telekom” MMC-nin prezidenti vəzifəsinə təyin edilib

×