main-post-cover

    Azercell-dən bir ilk: Şirkət iPhone 12-nin rəsmi olaraq satışı edən yeganə operator olacaq

    Digər
    Reklam və Marketinq
    30.10.2020
    Nijat Hamid
            Apple şirkəti bir müddət əvvəl yeni flaqman smartfonları olan iPhone 12 seriyasını təqdim etmişdi. 5G dəstəyi və dünyanın ilk 5 nm-lik çipset arxitekturası ilə təqdim olunan iPhone 12 seriyası istifadəçilər tərəfindən yüksək tələblə qarşılandı. İndi isə Azərbaycanın ən böyük mobil operatorlarından biri olan Azercell rəsmi olaraq iPhone 12 satışını edən ilk və yeganə operator olacaq. 

    6 Noyabrdan etibarən Azercell şirkəti iPhone 12 seriyasının rəsmi olaraq satışına başlayacaq.

            Azercell şirkətinin rəsmi saytındakı məlumatlara əsasən ilkin mərhələdə iPhone 12 və iPhone 12 Pro modelləri satışa çıxacaq. Smartfonları 30 oktyabr tarixindən etibarən ön sifariş etmək mümkün olacaq. Fiziki satışlar isə 6 Noyabr tarixində başlayacaq. Smartfonlar şirkətin Eksklüziv mağazalarında satılacaq. iPhone 12 Pro modelinin satış qiyməti yaddaş həcminə əsasən 2799 - 3639 Azn aralığında olacaq. iPhone 12 modelinin satış qiyməti isə 2249 - 2669 Azn arasında olacaq. 
    Linki kopyala