Azercell-in Mobil Göz klinikası 'Ümümdünya Görmə Günü' münasibəti ilə şəhid ailələri, məcburi köçkün və qaçqınları  müalicə edəcək

Azercell-in Mobil Göz klinikası 'Ümümdünya Görmə Günü' münasibəti ilə şəhid ailələri, məcburi köçkün və qaçqınları müalicə edəcək

Reklam və Marketinq
08.10.2020 PAYLAŞIM

    Fəaliyyət dövrü ərzində daima sosial yönümlü addımlar ataraq Azərbaycan xalqının yanında olan “Azercell Telekom” MMC, 8 oktyabr “Ümümdünya Görmə Günü” münasibətilə növbəti xeyirxah təşəbbüsü həyata keçirir. Lider mobil operator vətənimizin ərazi bütövlüyü uğrunda mübarizə apardığı bu həssas zamanda torpaqlarımızın müdafiəsində dayanıb, canından keçmiş igid şəhidlərimizin ailələri, sərhədlərimizi qoruyan cəsur Qarabağ müharibəsi iştirakçıları və qazilərimiz, eləcə də illərdir öz daimi yaşayış yerlərindən məhrum olub, qaçqın və məcburi köçkün statusunda yaşayan vətəndaşlarımız üçün ödənişsiz göz müayinələri və müalicələri təşkil edir.

    Müayinələr bu gün saat 9:00-dan 14:00-dək Masazır qəsəbəsi, N.Tusi küçəsi, 6 ünvanında Azercell-in ən müasir oftalmoloji avadanlıqlarla təchiz olunmuş “Mobil Göz Klinikası” və “Xəzər Qayğıkeşlik Layihəsi” İctimai Birliyinin klinikasında həyata keçirilir. Layihə çərçivəsində göz xəstəliklərinin diaqnostikası, profilaktikası və müalicəsi kimi xidmətlər ödənişsiz əsaslarla göstərilir. Ehtiyac yarandığı təqdirdə müraciət edənlərə optik eynəklər də paylanılır. Qeyd edək ki, xidmətlərdən yararlanmaq üçün vətəndaşlardan müvafiq kateqoriyaya aid olmalarını təsdiq edən sənədi göstərmək xahiş edilir. Müayinələr zamanı koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində təstiq edilmiş bütün tələblərə də riayət edilir.


    “Azercell Telekom” MMC torpaqlarımızın keşiyində cəsurca duran hər bir hərbçimizə, onların ailələrinə dərin təşəkkürünü bildirir!  2010-cu ildən fəaliyyətə başlayan Azercell-in Mobil Diş və 2011–dən çalışan Mobil Göz klinikaları bu günə qədər minlərlə xüsusi qayğıya ehtiyacı olan vətəndaşı, kimsəsiz uşaqları və aztəminatlı ailələri müalicə edib.

    Xatırladaq ki, bu gün dünyada 2.2 milyardan çox insan görmə qüsurlarından və ya korluqdan əziyyət çəkir ki, onlardan 1 milyardı məhz ilkin səhiyyə xidmətlərindən yararlanmadıqları üçün bu problemlə üzləşib.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Gəncə məktəblisi İnformatika fənni üzrə beynəlxalq yarışmada bürünc medal qazand..

Azercell-in dəstəyilə hazırlıq keçən Azərbaycan komandası uğurlu nəticələr nümayiş etdirir ..


Kontakt Home əmək qabiliyyətini itirmiş hərbçilərin kredit borclarını ləğv edir..

Kontakt Home mağazalar şəbəkəsi II Qarabağ müharibəsində yaralanaraq əmək qabiliyyətini itirmiş hərb..


'Cyber Monday' endirimləri nədir? Azərbaycanda tətbiq olunurmu?

Bütün dünyada keçirilən Cyber Monday endirim günü nədir? Azərbaycanda da tətbiq olunurmu?


iPhone 12 Pro Max və iPhone 12 Mini Azercell Eksklüziv mağazalarında!

Lider mobil operator iPhone pərəstişkarları üçün yeni kampaniya təqdim edir


Azercell-in Mobil Göz Klinikası BMT-nin təşəbbüsü ilə məcburi köçkünlər üçün aks..

Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park” qəsəbəsində baş tutan aksiyada..


299 manata paltaryuyan? – Kontakt Home-dan əsl Black Friday təklifləri

Nağd alışda 60%-dək meqa endirimlər və ya kreditlə alışda ilkin ödənişsiz, 24 ayadək faizsiz şərtlər..

×