main-post-cover

    Azercell kampaniyaları 'Felis Azərbaycan'da 9 mükafat qazandı!

    Digər
    Reklam və Marketinq
    23.11.2022
    Emil Nəcəfov
        Ölkənin lider mobil operatoru “Azercell Telekom” reklam və marketinq sahəsində effektiv və yaradıcı əməyi qiymətləndirən "Felis Azərbaycan" tərəfindən yüksək dəyərləndirilib. İstanbulda təşkil olunan yarışma bu il ilk dəfə olaraq Azərbaycanı da əhatə etmişdir. Beləliklə, Azərbaycandan qatılan “Azercell” həyata keçirdiyi son üç böyük kampaniyaya görə 9 mükafata layiq görülmüşdür:
    - “İstəSən” tarifi kampaniyası: iki qızıl və iki gümüş mükafat
    - “Azercell 25 il” kampaniyası: üç gümüş mükafat  
    - “Nizami Gəncəvi İli” kampaniyası: iki bürünc mükafat 
        Qeyd edək ki, "Felis Mükafatları" 17 ildir ki, Türkiyədə reklam və marketinq sektorunda innovativ yanaşma və kreativlik baxımından fərqlənən layihələrin dəyərləndirilməsini həyata keçirir. 2022-ci ildə müsabiqə Azərbaycan üzrə də təşkil edilmişdir. Ölkəmizdə fəaliyyət göstərən reklam və marketinq sənayesinin yaradıcı şirkətləri 7 bölmə və 43 kateqoriya üzrə yarışmada iştirak edirdilər. Marketinq sahəsində özünəməxsus yanaşması ilə seçilən və dəfələrlə beynəlxalq müsabiqələrdən mükafatlarla qayıdan “Azercell Telekom”un həyata keçirdiyi işlərin bu festivalda da fərqlənməsi təqdirəlayiq haldır.
    Linki kopyala