'Azercell Könüllüləri' və dostları uşaqların hədiyyə arzusunu yerinə yetirdi

'Azercell Könüllüləri' və dostları uşaqların hədiyyə arzusunu yerinə yetirdi

Reklam və Marketinq
29.12.2020 PAYLAŞIM

    Bu il Dünya Azərbaycanlıların Həmrəyliyi günü və Yeni ilin gəlişini xalqımız xüsusi sevinc və fərəh hissi ilə qeyd edəcək! Bu bayramlara sevinmək isə hər bir azərbaycanlının, xüsusilə də uşaqlarımızın haqqıdır. Məhz buna görə, “Azercell Könüllüləri” xeyriyyə təşkilatı ölkəmiz üçün sınaq və qürur dövrü olan son aylar ərzində həm böyük qəhrəmanlıq göstərmiş, həm də müharibənin çətinlikləri ilə üzləşmiş ailələrin övladlarına xüsusi qayğı ilə yanaşaraq, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və “SOS Uşaq Kəndləri Azərbaycan” Assosiasiyasının təşkilati dəstəyilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə körpələrimizin ürəklərini sevindirəcək bayram aksiyasına start verdi. 


    Xüsusi əhəmiyyət kəsb edən məqam lider mobil operatorun öz əməkdaşlarından ibarət “Azercell Könüllüləri” qrupunun sosial çağırışının bu dəfə hər kəs üçün açıq olması idi ki, bu da istər ölkə daxilində, istərsə də xaricdə yaşayan həmvətənlərimizin bu təşəbbüsə öz qatqısını verə bilməsi ilə nəticələndi. Bir aya yaxın müddət ərzində “Azercell Könüllüləri” qrupunun Facebook səhifəsi vasitəsilə Gəncə və Bərdə şəhərlərində erməni təxribatı nəticəsində raket zərbələrindən ziyan çəkmiş azyaşlı uşaqların, eləcə də Bakı və Gəncədə yerləşən “SOS Uşaq Kəndləri Azərbaycan” sakinlərinin siyahısı izləyicilərin ixtiyarına verildi. Hər bir uşağın Yeni İldə almaq istədiyi özəl hədiyyənin əks olunduğu siyahıdan bu təşəbbüsə qoşulmaq istəyən hər kəs istər arzu olunan hədiyyəni seçib almaqla, istərsə də, səhifədə dərc edilən bank rekvizitləri vasitəsilə ianə etməklə öz dəstəyini göstərə bildi. Qeyd edək ki, Azercell-in texniki tərəfdaşı olan Ericsson şirkətinin əməkdaşları da bu bayramqabağı xeyriyyə aksiyasının gerçəkləşməsində öz əhəmiyyətli qatqılarını əsirgəmədilər. Nəhayət, böyük qayğı ilə toplanılan bütün hədiyyələr 28 dekabr tarixində “Azercell Könüllüləri” tərəfindən uşaqlara çatdırıldı.

    Eyni zamanda, Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımız, eləcə də qazilərimizin övladlarının da hədiyyə arzuları toplanılaraq Bakı və bölgələr boyu yüzlərlə uşağın evinə bayram sevinci gətirdi. 

    “Azercell Könüllüləri” və Facebook vasitəsilə dəstək verən dostların bu sosial aksiyası nəticəsində ümumilikdə 500-dən artıq uşaq Yeni İl arzusunun gerçək olması səadətini yaşadı. 

    Cəmiyyətimizin döyünən ürəyi və ümidli gələcəyi olan əziz uşaqlarımızı qarşıdan gələn bayramlar münasibətilə təbrik edir, onlara sülh və əminamanlıq, bütün arzularının yerinə yetməsini diləyirik! 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Mobil cihazların orijinallığını onlayn yoxlamaq mümkündür – imei.az

Mobil cihazların bir-birindən fərqləndirilməsi, eləcə də həmin cihazın şəbəkə ilə təmin olunması IME..


Fidan Hüseynova İnformatika üzrə beynəlxalq olimpiadada gümüş qazandı

Azercell-in dəstəklədiyi azərbaycanlı şagird beynəlxalq yarışmada yüksək nəticə əldə edib..


Azercell sosial şəbəkələrdə yarışma elan edir

Azərbaycanda telefon rabitəsinin yaradılmasının 140 illiyi münasibətilə xüsusi hədiyyələr oynanılaca..


'Kontakt' yeniyetmə qızlar üçün 'Her Improvement' İnkişaf Proqramına dəstək oldu..

Ölkənin ən qabaqcıl riteyl şəbəkələrindən olan “Kontakt”ın dəstəyi və “FemTech” platformasının təşki..


Əsl 'Black Friday' kampaniyası 'Kontakt'da-70%-DƏK ENDİRİMLƏR

İlin ən böyük qlobal endirim kampaniyası olan “Black Friday” “Kontakt Home”-da başladı!..

×