Azercell növbəti dəfə ISO 37001:2016 'Antikorrupsiya idarəetmə sistemi' standartlarına uyğunluq sertifikatına layiq görüldü
Digər
Reklam və Marketinq
22.10.2021
Farid Pardashunas
Fəaliyyət dövrü ərzində tətbiq etdiyi şəffaflıq strategiyasının nəticəsi olaraq ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC növbəti dəfə ISO 37001:2016 “Antikorrupsiya idarəetmə sistemi” standartlarına uyğunluq sertifikatı ilə təltif olunub. ABŞ-ın ən böyük akkreditasiya qurumu olan ANAB (ANSI National Accreditation Board) tərəfindən akkreditə olunmuş Türkiyənin Denetik Uluslararası Belgelendirme ve Gözetim Hizmetleri şirkətinin keçirdiyi sertifikatlaşdırma auditi Azercell-in antikorrupsiya proqramının bütün tələblərə cavab verdiyini bir daha təsdiq edib.
Artıq bir neçə ildir ki, “Azercell Telekom” MMC xüsusi antikorrupsiya proqramını icra edir. Proqram şirkətin bütün fəaliyyət istiqamətləri üzrə korrupsiyanın qarşısının alınmasına xidmət etməklə yanaşı, həmçinin etik davranışın təbliğini, bu yöndə əməkdaşlar üçün təlimlərin təşkilini nəzərdə tutur. Qeyd olunan standartların tələblərinə maliyyə və qeyri-maliyyə nəzarətinin tətbiqi, korrupsiya halları barədə məlumat verilməsi üçün kanalların yaradılması, pozuntu hallarının araşdırılması, əməkdaşlıq edilən biznes subyektlərinin uyğunluq yoxlamasından keçirilməsi, həmin subyektlərdə korrupsiya riskinin azaldılması üzrə tədbirlərin görülməsi və s. aiddir.
Sertifikatı təhvil alan Azercell-in Hüquq, Etika və Komplayens departamentinin direktoru Şirin Əliyeva şirkətdə antikorrupsiyaya dair proseduralara ciddi riayət edildiyini vurğulayıb: “Şirkətimizdə korrupsiyanın qarşısının alınması istiqamətində görülən tədbirlərin detallı dəyərləndirilməsi Azercell-in beynəlxalq müstəvidə etibarlı və yüksək korporativ mədəniyyətə malik olan bir şirkət olduğunu sübut edir. Xatırladım ki, ötən il şirkətimiz Azərbaycanda bu sertifikatı əldə edən ilk mobil operator oldu və bu il sertifikatı təsdiqləmək üçün yenidən beynəlxalq ekspertlərin apardığı daxili yoxlamanın bütün mərhələlərindən uğurla keçərək yeni sertifikatla təltif olundu.”
Qeyd edək ki, ISO 37001 standartları Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən 2016-cı ildə dərc edilib və korrupsiyaya qarşı mübarizə sahəsində qlobal səviyyədə qəbul edilmiş yeganə standart hesab edilir.
Linki kopyala
Həftənin xəbərləri
"Premium" dizayna malik uyğun qiymətli smartfon: HONOR X8b bizə nələri vəd edir?
Whatsapp yaxın zamanda 2 yeni funksiyanı əldə edəcək