Reklam
Azercell Süni İntellekt əsaslı Virtual Assistent xidmətini istifadəyə verir!

Azercell Süni İntellekt əsaslı Virtual Assistent xidmətini istifadəyə verir!

Reklam və Marketinq
29.08.2022 PAYLAŞIM

    Azercell ölkənin telekom bazarında ilk Telefon Mərkəzi Virtual Assistent xidmətini- Aİcell-i məmnuniyyətlə təqdim edir! Bu texnoloji yenilik Süni İntellekt əsasında çalışır və abunəçilərimizin müştəri təcrübəsini zənginləşdirmək üçün tərtib olunub. 

    Xidmətin pilot mərhələsində Azercell Telefon Mərkəzinə zəng edən abunəçilərimizi Aİcell adlı Virtual Assistent salamlayacaq və müştərinin sual və istəyini öyrənərək  zəngi operatora yönləndirəcək. Azercell tədricən Virtual Assistentin ünsiyyət funksiyalarını və xidmət imkanlarını genişləndirərək, abunəçi istəklərini daha fərdiləşdirilmiş şəkildə həll etmək üçün şərait yaradacaq.


    Qeyd edək ki, səs emalı botları telekommunikasiya sənayesində texnoloji sıçrayış hesab olunur. Layihənin ən vacib və maraqlı aspektlərindən biri isə Virtual Assistentin Azərbaycan dilində tam spektrli xidmət göstərməsidir ki, bu isə öz növbəsində müştərilərə yeni təcrübə imkanları yaradacaq.

    “Azercell Telekom” MMC “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədinə əsaslanaraq ölkədə innovativ həllər və rəqəmsal xidmətlərin tətbiqini davam etmək niyyətindədir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Azercell 'Məktəbə qayıdış' kampaniyasını elan edir

15 sentyabr tarixindən etibarən lider mobil operator “Azercell Telekom” “Bookmate” və “Busuu” tətbiq..


İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ‘’IDDA AWARDS’’ müsabiqəsini elan edir..

Azərbaycan innovasiya ekosisteminin inkişafına töhfə verən fəal oyunçuların 9 nominasiya üzrə təltif..


Azercell rəqəmsal kartının növbəli aktivasiyasına start verdi!

Lider mobil operator öz rəqəmsal kartını ilk qrup abunəçilərinə təqdim edir


'ClimateLaunchpad' - dünyanın 'yaşıl texnologiyalar' üzrə ən böyük startap proqr..

Son 6 ildə Azərbaycandan 58 startapın məzun olduğu və 50-dən çox ölkənin iştirak etdiyi dünyanın ən ..


Azercell müştərilərini mobil tətbiqlərdən və sosial şəbəkələrdən istifadə edərkə..

Azercell abunəçilərini cihaz və telefon nömrələrini potensial haker hücumlarından qorumaq üçün prive..


İnformatika üzrə növbəti qızıl və bürünc medallar!

Azercell-in dəstəyilə hazırlıq keçən məktəblilərimiz beynəlxalq olimpiadada yüksək nəticə əldə edibl..

×