Azercell tələbələr üçün yeni karyera imkanları yaradır

Azercell tələbələr üçün yeni karyera imkanları yaradır

Reklam və Marketinq
03.06.2021 PAYLAŞIM

    Fəaliyyəti boyunca gənc nəslin peşəkar və fərdi inkişafına dəstək olan “Azercell Telekom” MMC növbəti karyera sərgisində öz stendi ilə təmsil olunub. İyun ayının 2-də Xəzər Universitetinin nəzdində fəaliyyət göstərən Dünya Məktəbində təşkil edilən sərgidə Azercell-in İnsan Kapitalının İdarə Edilməsi departamentinin mütəxəssisləri sərgi iştirakçıları ilə görüşüb, onların suallarını cavablandırıb. Tədbir iştirakçıları şirkətdə mövcud olan vakansiyalar, hər il ənənəvi olaraq tələbələr üçün təşkil edilən təcrübə və təqaüd proqramları, kadrların seçilməsi və  işə qəbul prosesləri haqqında ətraflı məlumat əldə ediblər.


    Qeyd edək ki, Azercell mütəmadi olaraq karyera sərgilərində iştirak edərək öz bacarıq və biliklərinə uyğun iş axtaran gənclərə dəstək olmağa çalışır.  Şirkət may ayının 25-i Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin onlayn formatda təşkil etdiyi X Məzun-Karyera Sərgisinə də qatılıb. 63 dövlət qurumu və özəl şirkətlərin iştirakı ilə həyata keçirilən bu sərgidə ümumilikdə 200-dən çox vakansiya və 300-dək təcrübə yeri təqdim olunub.

    Azərbaycanda təhsilin inkişafına daima töhfə verən və ölkəmizin nüfuzlu universitetləri ilə əməkdaşlıq edən Azercell bu istiqamətdə fəaliyyətini gələcəkdə də davam etdirəcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Azercell-dən yeni Wi-Fi kampaniyası!

4G modem alan hər kəsə 50 Gb internet hədiyyə olunur


Azercell növbəti dəfə ISO 37001:2016 'Antikorrupsiya idarəetmə sistemi' standart..

Fəaliyyət dövrü ərzində tətbiq etdiyi şəffaflıq strategiyasının nəticəsi olaraq ölkənin lider mobil ..


Samsung Galaxy Z Fold3 və Z Flip3 satışları bütün rekordları qıraraq, inanılmaz ..

Samsung -un təqdim etdiyi Galaxy Z Fold3 və Galaxy Z Flip3 qatlanan smartfonları, sözün əsl mənasınd..


AzDimension və Nvidia tərəfdaşlıq müqaviləsi imzaladılar

 Azərbaycan oyun yaradılma sənayesinin tarixində əlamətdar bir an gəldi.


50GB mobil internet hədiyyəli ən yeni model iPhone 13 smartfonları artıq Azercel..

Daha öncə elan edildiyi kimi, Apple Inc. şirkətinin Azərbaycandakı eksklüziv telekommunikasiya tərəf..

×