Azercell Vətən müharibəsində şəhid olmuş və yaralanmış hərbçilərin faktura borcunu bağışladı

Azercell Vətən müharibəsində şəhid olmuş və yaralanmış hərbçilərin faktura borcunu bağışladı

Reklam və Marketinq
08.12.2020 PAYLAŞIM

    44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu şanlı tarix yazaraq möhtəşəm Qələbəni əldə etdi. “Azercell Telekom” MMC də qələbənin əsas qəhrəmanı olan Azərbaycan əsgəri və zabitləri üçün güzəşt təşəbbüsünü gerçəkləşdirir. 

    Ordumuza ehtiram əlaməti olaraq elan edilən yeni təşəbbüs çərçivəsində müharibədə şəhid olan və yaralanan Azercell-in Fakturalı Xətt abunəçiləri olan qəhrəman vətən övladlarının 07.12.2020-ci il tarixinə olan borcları tam şəkildə bağışlanır. Bununla yanası, səfərbərlik çağırışı əsasında aktiv döyüş əməliyyatlarında iştirak edən Azercell abunəçilərinin borclarının ödənilməsinə təxris olunacaqları vaxtadək möhlət verilir.


    Fakturalı Xətt nömrəsinə malik olan yaralılar və müharibə iştirakçıları, və yaxud şəhid olmuş əsgərlərin ailə üzvləri bu güzəştdən istifadə etmək üçün təsdiqedici sənədlərlə (şəxsiyyət vəsiqəsi, müvafiq haldan asılı olaraq, şəhid olmanı və ya yaralanmanı təsdiq edən sənədlər) birlikdə aşağıdakı kanallar vasitəsilə Azercell şirkətinə müraciət edə bilər:

- Azercell müştəri xidmətlərinə e-mail ([email protected][email protected]) vasitəsilə müraciət etmək mümkündür. Bu zaman yuxarıda qeyd edilən sənədlərin skan surəti müraciətə əlavə edilməlidir.

- Hərbçilərin özləri və ya ailə üzvləri Azercell Müştəri Xidmətləri mərkəzlərinə də müraciət edə bilərlər. Bakı və bölgələr boyu ofislərin ünvanları ilə bu linkdən tanış olmaq mümkündür: https://www.azercell.com/az/contacts/offices/

    Qeyd edək ki, “Azercell Telekom” Vətən müharibəsinin başlandığı ilk gündən Azərbaycan xalqının və Ordunun yanında olub. Şirkət müharibədə şəhid olan Röyal Cəfərovun ailəsini himayəsinə götürüb. Azercell erməni terroru ilə üzləşən Gəncə və Bərdə şəhərlərindəki abunəçilərinə, o cümlədən hərbi əməliyyatların gedişini işıqlandıran media nümayəndələrinə rabitə dəstəyi göstərib. İşğaldan azad olunan ərazilərdə ilk rabitə şəbəkəsinə quran Azercell Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon manat həcmində vəsait də köçürüb.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Azercell Tələbə Təqaüdü və Təcrübə Proqramının iştirakçıları uğurlarını bölüşür..

Azərbaycanda gənclərin peşəkar və fərdi inkişafına daima dəstək olan Azercell şirkəti bu istiqamətdə..


Azercell-in 'Kabinetim' mobil tətbiqi 1 mln yüklənməni aşdı

Lider mobil operatorun təqdim etdiyi unikal xidmət yüklənmə sayına görə ölkə üzrə rekord göstəricilə..


'Qadınların İKT sahəsində rolu'

Azercell informasiya-kommunikasiya texnologiyaları sahəsində çalışan və öz sözünü deyən qadınları bi..


Azercell-in Mobil Diş və Göz Klinikaları təmənnasız xidməti davam etdirir..

2021-ci ilin ilk rübündə əksəriyyəti şəhid ailələri üzvləri olan 150-dən çox xəstə pulsuz müayinə və..


Microsoft, Azərbaycan Respublikası müəllimlərini beynəlxalq Microsoft Innovative..

Təhsil cəmiyyətin inkişafın ən vacib amillərindən biridir. Məhz buna görə də o, yalnız əlverişli, ke..


Smartbee: 'Ağıllı arılar' necə böyük bir layihəni yarada bildilər?

Azərbaycanda qeyri-neft sektorunun inkişafından, insan kapitalına, müasir texnologiyalara diqqətin a..

×