main-post-cover

    'Cyber Monday' endirimləri nədir? Azərbaycanda tətbiq olunurmu?

    Digər
    Reklam və Marketinq
    30.11.2020
    Nijat Hamid
            Amerikada hər il bilindiyi üzrə Black Friday adlı endirim günü keçirilir. Bu endirim günü zamanı demək olar ki, bütün mağazalar məhsullara 70-80%-ə qədər yüksək endirimlər tətbiq edir. Bu səbəbdən satış platformaları sadəcə 1 gün ərzində milyonlarla satış edə bilirlər. Bir çox alıcı da xüsusilə bu günü gözləyir. Black Friday endirim günü sadəcə Amerikada yox, bir çox ölkədə tətbiq edilir. Bəs tək endirim günü budurmu?

    Black Friday endirim günündən 1 həftə sonra Bazar ertəsində Cyber Monday adlanan endirim günü başlayır.

            Cyber Monday (Kiber Bazar ertəsi) adlanan endirim günü Black Friday-dən sonrakı ilk bazar ertəsində keçirilir. 2015-dən başlayaraq bütün dünyada keçirilən Cyber Monday günü Black Friday-dən fərqli olaraq sadəcə onlayn satışlara tətbiq edilir. Limitli sayda olan məhsullara (əsasən elektronika) yüksək endirimlər tətbiq edilir. Cyber Monday endirim günü 2005-dən etibarən Amerikada Thanksgiving (Minnətdarlıq günü-Şükran günü) bayramından sonra keçirilir və məqsədi alıcıları onlayn satışlara yönləndirməkdir. Hətta Cyber Monday endirim günündə onlayn satışlar o qədər yüksəlir ki, Black Friday günü edilən satışları qabaqlayır. 
            Dünyada olduğu kimi Azərbaycanda da Black FridayCyber Monday kimi endirim günləri keçirilir. Müxtəlif mağazalar məhsullara yüksək endirimlər tətbiq edərək alıcıların rəğbətini qazanmağı hədəfləyirlər. Artıq bu gün səhərdən etibarən Cyber Monday günü başlayıb və biz də Technote olaraq sizin üçün yüksək endirim tətbiq edilən 3 məhsul seçdik. Məhsulları almaq üçün aşağıdakı linklərə keçid edə bilərsiniz.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər