Həmtəsisçisi azərbaycanlı olan ilk VPN proqramı təqdim olundu

Həmtəsisçisi azərbaycanlı olan ilk VPN proqramı təqdim olundu

Reklam və Marketinq
14.01.2021 PAYLAŞIM

    Hazırda fiziki müharibələrlə yanaşı, informasiya müharibəsinin də olduqca aktual olduğu bir dövrdə internetdə olan məlumatların təhlükəsizliyi böyük önəm daşıyır. Belə ki, torpaqlarımızın azadlığı uğrunda gedən müharibə zamanı internetdən istifadədə tətbiq olunan təhlükəsizlik tədbirlərinə görə bir sıra erməni VPN şirkətlərinin azərbaycanlılar tərəfindən istifadəsi narahatlıq doğurmuşdu. 

    VPN internet traffikini şifrələyən və beləliklə cihazınız üçün güvənli tunelləmə protokolu təmin edən xidmətdir. VPN xidmətlərinin tarixi 20 ildən artıq bir dövrü əhatə edir. WireGuard bu mövzuda ən innovativ həll hesab olunur. Lakin bu məqamda nəzərə almaq lazımdır ki, ödənişsiz təqdim olunan VPN xidmətləri, heç də hər zaman təhlükəsiz anlamını ifadə etmir. Belə ki, pulsuz VPN xidməti təşkil edən şəxslər və şirkətlər sizin məlumatlarınızı toplayaraq, bəd niyyətləri üçün də istifadə edə bilərlər. 


    Bu baxımdan təsisçilərindən biri həmvətənimiz Vüsal Qəmbərov olan "ZerVPN"in təqdim olunması olduqca böyük önəm daşıyır.  Belə ki, ZerVPN ABŞ-da qurulmuş, 6 ölkənin server ilə xidmət göstərən bir şirkətdir. Beynəlxalq bir şirkət üçün bunun önəmi olmasa da, bir azərbaycanlı tərəfindən təklif edilən ilk VPN xidməti olması yerli internet istifadəçiləri üçün əlamətdar hesab olunacaq bir hadisədir.

    V.Qəmbərovun sözlərinə görə ZerVPN WireGuard texnologiyasına əsaslanan VPN xidmətidir: "ZerVPN təhlükəsiz və sürətli internet üçün açarınızdır. Həm də, "ZerVPN"in peşəkar komandası hər bir istifadəçiyə özəl diqqət göstərməyi şirkətin missiyası olaraq müəyyən etmişdir" - deyə şirkətin həmtəsisçisi bildirib.

    Daha ətraflı məlumat və qiymətlərdən xəbərdar olmaq üçün www.zervpn.com səhifəsinə daxil ola bilərsiniz. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Kontakt Home Qadınlar Gününə özəl unikal təkliflər hazırlayıb

“Kontakt Home” bu “Qadınlar Günü” münasibətilə xanımlara əsl bayram sevincini yaşadacaq təkliflər el..


Azercell 'Qələbə ili'-nin nəticələrilə bölüşdü

Sınaq və çağırışlarla dolu 2020-ci ildə lider mobil operator bütün sahələrdə ölkəyə dəstəyini əsirgə..


Həyatınızın ən önəmli qadınları üçün mükəmməl – 8 MART HƏDİYYƏ İDEYALARI..

Hər kişinin həyatındakı ən önəmli qadınlar: ana, bacı, sevgili və qız övladı... Onları nə qədər sevd..


Azercell müştəri təcrübəsinin idarə edilməsinə görə yeni mükafat qazanıb ..

Daha bir beynəlxalq ISO – Keyfiyyətin İdarə Olunması standartı lider mobil operatorun abunəçilərinə ..


Azercell ilə TikTok indi daha əlçatandır!

Lider mobil operator yeni “TikTok internet paketi”ni təqdim edir


Bu 8 mart-da Kontakt Home-dan hansı kampaniyalar gözlənilir?

“8 mart” yaxınlaşır. Bu günlərdə hamını maraqlandıran suallar bunlardır: “Nə alım?”, “Hardan alım?”,..

×