main-post-cover

    İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi 'Technovate - SABAH' Mələk İnvestorlar Klubu ilə əməkdaşlığa başlayır

    Digər
    Reklam və Marketinq
    24.10.2022
    Farid Pardashunas
    Məlumat üçün bildiririk ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi yerli startap ekosisteminin inkişafı istiqamətində ölkənin ilk rəsmi Mələk İnvestorlar Klubu olan “Technovate – Sabah’’ Mələk İnvestorlar Klubu ilə əməkdaşlığa başlayır. Əməkdaşlıq çərçivəsində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ”Technovate – Sabah’’ Mələk İnvestorlar Klubunun insan resurslarının formalaşdırılmasına, idarəetmə xərclərinin qarşılanmasına və investorların səriştəliyinin artırılmasına dəstək verəcək. “Technovate – Sabah’’ Mələk İnvestorlar Klubu öz növbəsində kluba üzv olacaq yeni investorların sayını əhəmiyyətli dərəcədə artırmaqla erkən inkişaf mərhələsində olan startaplara sərmayə ayrılmasını həyata keçirəcək. 
    İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin rəhbəri İnarə Vəliyeva sözügedən əməkdaşlıqla bağlı bildirib: ”Ölkədə ‘’Technovate – Sabah’’ Mələk İnvestorlar Klubu kimi ekosistem oyunçularının fəaliyyət göstərməsi olduqca vacibdir. Biz, ekosistem oyunçuları arasında proseslərin düzgün qurulması üçün öz vasitəçi rolumuzu və resurslarımızı təklif edərək   startapların inkişafına dəstək göstərən mərkəzlərə köməklik göstərməyə həmişə hazırıq. İnanırıq ki, bu klub ilə başladığımız əməkdaşlıq paytaxt Bakıda və regionlarda ‘’Mələk investorlar’’ klublarının yaradılmasına güclü təkan verəcək və nəticədə innovativ ideyalarla çıxış edən startaplar investisiyalar əldə edərək öz məhsullarını xeyli inkişaf etdirə biləcəklər’’.
    ‘’Technovate – Sabah’’ Mələk İnvestorlar Klubunun  təsisçilərindən biri olan Fərid İsmayılzadə bildirib:” Çox şadam ki, Azərbaycanda yenicə fəaliyyətə başlamış Mələk İnvestorlar Klubunun inkişafına və böyüməsinə dəstək göstərilir. Məqsədimiz investorlarla potensial startapları bir araya gətirərək səylə inkişaf etmək istəyən və texnoloji sıçrayışlara töhfə verəcək innovativ ideyaları dəstəkləməkdir. Əminəm ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə əməkdaşlıq çərçivəsində yerli startapların bir çoxunun ‘’toxum’’ investisiyalara əlçatanlığı təmin olunacaq!’’
    Qeyd edək ki, sözügedən əməkdaşlıq çərçivəsində ‘’Technovate – Sabah’’ Mələk İnvestorlar Klubu ən qısa zamanda 100-ə yaxın investoru klubun fəaliyyətinə cəlb edərək onların ‘’toxum’’ investisiyalar yatırmaqla yerli startaplara yaxından dəstək göstərməsini təmin edəcəkdir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər