main-post-cover

    iPhone 12-ni Kontakt Home-dan almağın 5 ÜSTÜNLÜYÜ

    Digər
    Reklam və Marketinq
    04.11.2020
    Farid Pardashunas
        Nəhayət ki, Apple çox gözlənilən iPhone 12 flaqmanını müştərilərinə təqdim etdi, özü də bu dəfə nə az, nə çox, düz 4 versiyada. Öyrəşdiyimiz sadə, Pro Pro Max modellərdən başqa, Apple minimalistlər üçün kompakt ölçülü iPhone mini modelini hazırladı.
        Daha sürətli prosessoru, A14 Bionic çipseti, təkmilləşdirilmiş kamerası və tam yeni OLED ekranı iPhone 12 seriyasını öncəki modellərdən fərqləndirir. Smartfonların bir digər özəlliyi isə 5G texnologiyasını dəstəkləməsidir.
        Yeni iPhone 12 və iPhone 12 Pro modelləri ölkəmizdə noyabrın 6-sı rəsmi satışa çıxacaq. Artıq indidən Apple brendinin Azərbaycandakı rəsmi satış mərkəzi olan Kontakt Home-un saytına keçid edərək yeni iPhone modellərini öncədən sifariş verə bilərsiniz. İndi isə isə iPhone 12 modellərini məhz Kontakt Home-dan almağın 5 əsas üstünlüyünü təqdim edirik:
        1. Hamıya əlçatan kredit şərtləri
        Bütün Apple məhsullarını Kontakt Home mağazalarında uyğun hissəli alış şərtləri ilə və hətta müştəri tarixçəsindən asılı olaraq ilkin ödənişsiz əldə edə bilərsiniz. Həmçinin məhsulun dəyərinin 50%-ni ilkin ödəniş edərək qalan məbləği 6 ay ərzində faizsiz şərtlərlə ödəyə bilərsiniz. Bundan əlavə, bir çox Apple məhsulunu nağd alışda xüsusi endirimlə almaq imkanı var. Birkart, Tamkart, Albalıkart və Bolkart sahibləri endirimli nağd qiyməti 12 ayadək faizsiz hissələrə də bölə bilər.
        2. Köhnə telefonu gətirib yeni iPhone 12-ni aparmaq imkanı
        Köhnə telefonunuzu təhvil verərək, yeni iPhone 12-ni xüsusi endirimlə əldə edə bilərsiniz. Köhnə telefonunuzu vəziyyətindən və hansı elektronika mağazasında alınmasından asılı olmayaraq Kontakt Home mağazalarına gətirin, mütəxəssislər telefonunuzu yerindəcə qiymətləndirsinlər və bazar qiyməti dəyərində seçdiyiniz iPhone 12 və ya iPhone 12 Pro modellərindən istənilən birinə real endirim əldə edin.  
        3. Tam orijinal və rəsmi məhsul almaq imkanı
        Tam orijinal, rəsmi və beynəlxalq zəmanətli Apple məhsullarını Azərbaycanda ilk siz əldə etmək istəyirsinizsə, Kontakt Home-a gəlməlisiniz. Çünki Kontakt Home Apple brendinin ölkəmizdəki rəsmi satış mərkəzidir. Hazırda Kontakt Home mağazalar şəbəkəsində Apple-in 100-dən çox çeşidi: telefonlar, planşetlər, smart saatlar, Macbook və iMac, qulaqlıq və aksessuarları təqdim olunub. Kontakt Home-un satış ekspertləri sizə yeni iPhone modellərinin funksionallıqları barədə bütün məlumatı verəcək, istədiyiniz modelin seçimində yardım olacaq. Özü də Kontakt Home-dan aldığınız bütün Apple məhsulları brendin qlobal zəmanətinə daxildir.
        4. Dünyanın hər yerində keçərli zəmanət şərtləri
        Kontakt Home-dan alınan Apple məhsullarının bütün zəmanət boyu təmiri ölkəmizdəki rəsmi Apple servisi tərəfindən həyata keçirilir. Məhsulların təmirində istifadə olunan detalların orijinallığına və təmirin keyfiyyətinə tam təminat verilir. Kontakt Home mağazaları sizə birbaşa istehsalçıdan qlobal zəmanətli məhsul təklif etdiyi üçün səyahət zamanı belə narahat olmayacaqsınız. Çünki bu zəmanət Apple-ın dünya üzrə bütün rəsmi servis mərkəzlərində keçərlidir.
        5. Narahatçılığa heç bir əsas yoxdur – Bura Kontakt Home-dur!
        Elektronika dedikdə ağlınıza ilk olaraq Kontakt Home gəlirsə, deməli söhbət bitmişdir ☺ 
        30-dan çox qlobal brendin ölkəmizdəki rəsmi tərəfdaşı olan Kontakt Home öz müştərilərini uzun illərdir ki, yüksək səviyyəli xidmət və keyfiyyətli məhsullarla sevindirir. Odur ki, məhsulu Kontakt Home-dan almaq müştərilərə həm də güvən və arxayınlıq bəxş edir.
        Hazırda Kontakt Home-un Bakı, Xırdalan, Sumqayıt, Gəncə, Masallı, Qəbələ və Mingəçevir daxil olmaqla 28 mağazası və www.kontakt.az ünvanında 1 onlayn mağazası fəaliyyət göstərir. Sizə ən yaxın Kontakt Home mağazasını buradan tapın. Bütün kampaniya və endirimlərdən xəbərdar olmaq üçün Kontakt Home-u instagram-da izləyin, yaxud *6060 Çağrı Mərkəzinə zəng edərək sizi maraqlandıran sualları ünvanlayın.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər