'Kabinetim' ilə yeniliklərdən ilk sən xəbərdar ol!

'Kabinetim' ilə yeniliklərdən ilk sən xəbərdar ol!

Reklam və Marketinq
11.08.2021 PAYLAŞIM

    Abunəçilərə öz nömrəsinə tam nəzarət etmək, balansı artırmaq, tarif və internet paketlərini sifariş edib dəyişdirmək, tətbiqlərə qoşulmaq imkanı verən Azercell-in “Kabinetim” mobil əlavəsinin daha da təkmilləşdirilmiş versiyası artıq istifadə üçün mümkündür. 

    “Kabinetim”in yeni versiyasında təqdim edilən ən son təklifləri nəzərdən keçirmək üçün istifadəçilərin heç bir bölməyə keçid etməsinə ehtiyac yoxdur. Belə məlumatların “Kabinetim” hesabının ana səhifəsində əks olunması abunəçilərə xüsusi endirim və təkliflərdən dərhal yararlanmaq imkanını yaradır.
Tətbiqin yeni versiyasında, həmçinin, “push” bildirişlərlə bağlı istifadəçi təcrübəsi təkmilləşdirilib. Bununla da abunəçilər hətta tətbiq açıq olmasa belə, təqdim olunan yeniliklər, kampaniyalar və digər məlumatlara ani giriş imkanı qazanmış olurlar.  


    Abunəçilərin işini hədsiz dərəcədə asanlaşdıran “Kabinetim” həm iOS, həm də Android əməliyyat sistemlərində çalışır. Tətbiqi abunə haqqı olmadan App Store, PlayStore və Huawei AppGallery-dən pulsuz yükləmək mümkündür. “Kabinetim” avtomatik yenilənmədiyi təqdirdə, yükləmə üçün  bit.ly/Kabinetim keçidindən istifadə etmək olar. Həmçinin *110# kodunu yığmaqla da, tətbiqi yükləmək üçün birbaşa keçid linki əldə etmək mümkündür.
“Kabinetim”lə Azerсell-in IVI, Bookmate, NNTV, SberZvuk və BluTV tətbiqlərinə abunə olmaq, həmçinin onları dostlarınla paylaşıb bonus balans qazanmaq mümkündür. Qeyd edək ki, “Kabinetim” tətbiqini yalnız smartfon deyil, həm də rahatlıqla veb platformada işlətmək mümkündür. Proqramdan istifadə zamanı meqabaytlar xərclənmir. Tətbiqin funksiyalarından faydalanmaq üçün sadəcə Azercell nömrəsi qeydiyyatdan keçirilməlidir.

    Azercell şirkəti abunəçilərinə ən yaxşı rəqəmsal təcrübəni bəxş etmək məqsədilə “Kabinetim” tətbiqini daim inkişaf etdirəcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Azercell Mobil Müştəri Xidmətləri Şuşada!

Aparıcı mobil operator işğaldan azad olunmuş Qarabağda müştərilərinə xidmət göstərən ilk şirkət oldu..


Dünya şöhrətli alpinistimiz İsrafil Aşurlı yeni zirvələri fəth etməyə hazırlaşır..

“Azercell Telekom” MMC İsrafil Aşurlının tarixi “Zəfər Tacı” yürüşünün əsas tərəfdaşıdır..


Azercell Ağdamda keçirilən ilk Beynəlxalq elmi-praktik konfransı internet şəbəkə..

Azercell şirkətinin texniki dəstəyilə  konfrans iştirakçıları bütün tədbir boyunca yüksəksürətli int..


Layihə idarəolunması sahəsində profesionallaşmaq üçün 'PMO.az Consulting & ..

 Azərbaycanda son dövrlər layihələrin idarəolunması üzrə mütəxəssislərə geniş tələb yaranıb. Bir çox..


AzDimension 'Aksilon: Artefaktlar haqqında əfsanə - proloq' oyunun buraxıldığını..

AzDimension şirkəti üçün fantastik aləmində RPG janrında olan "Aksilon: Artefaktlar haqqında əf..

×