“Kontakt” AzQAC-ın dəstəyi ilə ucqar dağ kəndlərində yaşayan məktəbliləri notbuklarla sevindirdi-FOTO
Reklam və Marketinq
02.11.2023
Emil Nəcəfov
“Kontakt” mağazalar şəbəkəsinin ötən aylarda başlatdığı “Hekayənin bir parçası ol” sosial layihəsi uğurla başa çatıb. Aksiya şərtlərinə görə 10 sentyabr-10 oktyabr tarixləri arasında “Kontakt” mağazalarında satılan bütün notbuklardan əldə edilən gəlirlərin bir qismi ucqar dağ kəndlərində yaşayan məktəblilərin notbuklarla təmin olunmasına sərf ediləcəkdi.
Beləliklə layihənin sonunda “Azərbaycan Qızıl Aypara” cəmiyyətinin dəstəyi ilə Qazaxın Kəmərli, Quşçu Ayrımı, Fərəhli, Şəmkirin Dağ-Cəyir, Günəşli, Gədəbəyin Günəşli, Qusarın Böyük Moruq, Əcəxur və digər ucqar kəndlərində yaşayan 6-10 sinif şagirdlərinin bir qismi notbuklarla təmin olunub.
Seçilən aztəminatlı ailələrdə 3 və daha çox məktəbli var ki, bu da notbuklar vasitəsi ilə daha çox şagirdin təhsil imkanlarının yaxşılaşdırılması deməkdir.
Notbukların paylanılması zamanı “Azərbaycan Qızıl Aypara” cəmiyyətinin əməkdaşları və könüllüləri ilə yanaşı, “Kontakt” mağazalar şəbəkəsinin nümayəndələri də iştirak edib.
Sosial aksiyanın həyata keçirilməsi zamanı uşaqlar pozitiv emosiyalarını gizlədə bilməyib. Valideynlər isə bu təşəbbüsü təqdirəlayiq hesab ediblər.
Qeyd edək ki, “Kontakt” mütəmadi olaraq öz sosial məsuliyyət layihələri ilə Azərbaycanın müxtəlif bölgələrində pozitiv dəyərlər yaradan sosial layihələr həyata keçirir.
Şəbəkə layihəyə göstərdiyi dəstəyə görə: “Apple”, “Acer”, HP , “Huaweı”, “Asus” və “Lenovo” brendlərinə təşəkkürünü bildirir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
“Kontakt” Zəfər Gününə özəl 24 AYADƏK FAİZSİZ kampaniyaya start verdi
“Kontakt” Zəfər Gününə özəl 24 AYADƏK FAİZSİZ kampaniyaya start verdi
“Kontakt”da Zəfər Gününə özəl hamının evinə sevinc gətirəcək kampaniya başladı. Bu gündən noyabrın 12 -dək “Kontakt” mağazalarına gəlib olduqca sərfəli hissəli alış şərtlərindən yararlana bilərsiniz.
Qlobal smartfon bazarının top brendi olan “OPPO” eksklüziv olaraq “Kontakt”da
Qlobal smartfon bazarının top brendi olan “OPPO” eksklüziv olaraq “Kontakt”da
“Kontakt” daha bir qlobal smartfon brendinin – “OPPO”nun eksklüziv partnyoru oldu.
“Kontakt”da “Endirimlə al, taksitlə ödə” kampaniyası başladı – 18 AY FAİZSİZ ŞƏRTLƏR
“Kontakt”da “Endirimlə al, taksitlə ödə” kampaniyası başladı – 18 AY FAİZSİZ ŞƏRTLƏR
Taksit kart sahiblərinin ürəyindən xəbər verəcək kampaniya “Kontakt”dan gəldi. Belə ki, şəbəkə bu gündən bütün mağazalarında “Endirimlə al, taksitlə ödə” kampaniyasına start verib.
Şəhərin mərkəzində ən böyük “Kontakt” mağazasının açılışına özəl -ENDİRİMLƏR DAVAM EDİR
Şəhərin mərkəzində ən böyük “Kontakt” mağazasının açılışına özəl -ENDİRİMLƏR DAVAM EDİR
Şəhərin mərkəzində - “Vurğun Residence”də ən böyük “Kontakt” mağazasının səs salan açılışı olub.
“Kontakt”ın Ad Gününə özəl 60%-dək meqa endirimli kampaniya başladı
“Kontakt”ın Ad Gününə özəl 60%-dək meqa endirimli kampaniya başladı
“Kontakt” mağazalar şəbəkəsi Ad Günü sevincini bu dəfə də böyük endirimlərlə müştəriləri ilə bölüşəcək. Belə ki, düz 3 gün şəbəkənin bütün mağazalarına səbəbkardan 60%-dək meqa endirimlər gəlir.
Həftənin xəbərləri
Süni intellekt 1.5 milyard illik təkamülün sirrini ortaya çıxarıb!
Alimlər insan beyninin nə qədər sürətli bir şəkildə düşünə bildiyini ölçüblər!