Kontakt Home əmək qabiliyyətini itirmiş hərbçilərin kredit borclarını ləğv edir

Kontakt Home əmək qabiliyyətini itirmiş hərbçilərin kredit borclarını ləğv edir

Reklam və Marketinq
01.12.2020 PAYLAŞIM

    Kontakt Home mağazalar şəbəkəsi II Qarabağ müharibəsində yaralanaraq əmək qabiliyyətini itirmiş hərbçilərin şirkətə olan kredit borcunu ləğv edir. Hər zaman Korporativ Sosial Məsuliyyət layihələri ilə seçilən Kontakt Home mağazalar şəbəkəsinin bu jesti Beynəlxalq Əlillər Günü ərəfəsində etməyi xüsusilə təqdirəlayiqdir.

Əgər müharibə iştirakçısı:


- İkinci dərəcəli əlillik qrupuna mənsubdursa, onun borcu tam bağışlanır.

- Birinci dərəcəli əlillik qrupuna mənsubdursa, onun özü ilə bərabər, həm də ailə üzvlərinin (ana, ata, həyat yoldaşı) və 18 yaşadək (ali təhsil alırsa, 23 yaşınadək) övladı) borcu tam bağışlanır.

    Eyni zamanda Kontakt Home bu döyüşlərdə yararlanan və hazırda müalicəsi davam edən hərbçilərə əmək fəaliyyətlərini bərpa etdikləri müddətdə dəstək olmaq məqsədilə, onların kredit borcları üzrə ödənişlərini dondurmaqda davam edir.

    Ümumilikdə Kontakt Home mağazalar şəbəkəsi hərbi əməliyyatlar dövründə aktiv vətənpərvərlik layihələri ilə seçilib. Şəbəkə yaralı hərbçilərin müalicəsi üçün Silahlı Qüvvələrə Yardım Fonduna 150 000 manat vəsait köçürüb, səfərbərlik elanı ilə əlaqədar döyüş bölgəsinə yollanmış əməkdaşlarının ailəsinə ümumilikdə 50 000 manat məbləğində birdəfəlik yardım həyata keçirib.

    Bundan əlavə, Qarabağın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə şəhid olmuş şəbəkə əməkdaşı Aslan Rzayevin bir yaşlı övladının yetkinlik yaşına (18 yaş (ali təhsil alırsa, 23 yaş)) çatana qədər aylıq təminat xərclərini və Azərbaycanda universitetə qəbul olduğu təqdirdə dörd illik təhsil haqqını öz üzərinə götürüb, ailəsinə; eyni zamanda II Qarabağ müharibəsinin ilk qadın şəhidi Arəstə Baxışovanın ailəsinə 20 000 manat məbləğində maddi yardım ayırıb. 

    II Qarabağ müharibəsi iştirakçıları, həmçinin həmin müharibənin şəhid və yaralıları barədə Kontakt Home mağazalar şəbəkəsinin tətbiq etdiyi bütün güzəştlər barədə daha ətraflı buradan məlumat ala bilərsiniz.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


'Kontakt Home' Instagram-da ən populyar riteyl şəbəkəsi oldu – YARIM MİLYON İZLƏ..

Ölkənin lider riteyl şəbəkələrindən olan “Kontakt Home”-un Instagram platformasında izləyici sayı ya..


'Azercell Telekom' MMC-yə yeni prezident təyin olunub

Zərinə Zeynalova “Azercell Telekom” MMC-nin prezidenti vəzifəsinə təyin edilib


Azercell Tələbə Təqaüdü və Təcrübə Proqramının iştirakçıları uğurlarını bölüşür..

Azərbaycanda gənclərin peşəkar və fərdi inkişafına daima dəstək olan Azercell şirkəti bu istiqamətdə..


Azercell-in 'Kabinetim' mobil tətbiqi 1 mln yüklənməni aşdı

Lider mobil operatorun təqdim etdiyi unikal xidmət yüklənmə sayına görə ölkə üzrə rekord göstəricilə..


'Qadınların İKT sahəsində rolu'

Azercell informasiya-kommunikasiya texnologiyaları sahəsində çalışan və öz sözünü deyən qadınları bi..


Azercell-in Mobil Diş və Göz Klinikaları təmənnasız xidməti davam etdirir..

2021-ci ilin ilk rübündə əksəriyyəti şəhid ailələri üzvləri olan 150-dən çox xəstə pulsuz müayinə və..

×