Kontakt Home hərbi çağırışa gedən müştərlərin ödənişlərini dayandırdı

Kontakt Home hərbi çağırışa gedən müştərlərin ödənişlərini dayandırdı

Reklam və Marketinq
30.09.2020 PAYLAŞIM

    Ölkənin ən böyük riteyl şəbəkələrindən olan Kontakt Home torpaqlarımızın azad olunması uğrunda gedən hərbi əməliyyatlarda iştirakla bağlı çağırılan müştərilərinin və onların ailə üzvlərinin kredit ödənişlərini dayandırıb. Bu güzəşt hərbi mükəlləfiyyəti olan hər kəsə, hərbçilərə, tibb personalına və s. aid edilir.

    Ən böyük borc Vətən borcudur. İndi hər bir vətəndaşın əsas öhdəliyi Vətən qarşısında olan borcun qaytarılmasıdır. Kontakt Home hər zaman olduğu kimi, indi də sosial məsuliyyətini anlayır və belə çətin anlarda ölkənin və vətəndaşının yanındadır.


    Kontakt Home Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən mübarizə tədbirlərində və vətənpərvərlik ruhunun yüksək saxlanılması məqsədilə müxtəlif tədbirlər həyata keçirir. Şirkət Cəbhə bölgəsində yarana biləcək qan ehtiyacını nəzərə alaraq, ölkədə olan qan rezervlərinin artırılması məqsədilə əməkdaşlarını Mərkəzi Qan Bankında könüllü qan vermə aksiyasına cəlb edir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Azercell ilk Onlayn Qadın Festivalının rəqəmsal tərəfdaşıdır

Mayın 6-8-də Azərbaycanda ilk dəfə olaraq “Azercell Telekom” MMC-nin rəqəmsal tərəfdaşlığı ilə Onlay..


Azercell Biznes yenilənmiş 'Biznesim' tarif planlarını və 'Biznesim Klubu' loyal..

Lider mobil operator korporativ müştərilərinə yüksəksürətli mobil internet və limitsiz şirkətdaxili ..


'Kiçik Ürəklərdə Böyük Xatirələr'

Azercell-in dəstəyilə şəhid övladları üçün reabilitasiya proqramına start verilir


'Kontakt Home' Instagram-da ən populyar riteyl şəbəkəsi oldu – YARIM MİLYON İZLƏ..

Ölkənin lider riteyl şəbəkələrindən olan “Kontakt Home”-un Instagram platformasında izləyici sayı ya..


'Azercell Telekom' MMC-yə yeni prezident təyin olunub

Zərinə Zeynalova “Azercell Telekom” MMC-nin prezidenti vəzifəsinə təyin edilib

×