Kontakt Home-un “Şeş-Qoşa” kampaniyasının ilk qalibləri məlum oldu – VİDEO
Reklam və Marketinq
27.08.2020
Emil Nəcəfov
Pulsuz televizor, pulsuz iPhone, pulsuz paltaryuyan! Kontakt Home-un “Şeş-Qoşa” kampaniyasının ilk qalibləri məlum olub. Artıq 10-larla müştəri kampaniya çərçivəsində şeş-qoşa ataraq Kontakt Home-dan aldıqları məhsulları TAMAMİLƏ PULSUZ aparıblar!
“Ömür boyu zər atmamışam. İlk dəfədir bəxtimi sınadım və qalib gəldim. Allah hamıya qismət eləsin. Çox sevincliyəm”
Əlikram Fərəcov/Gəncə
Müştəri sevincini əsas tutan Kontakt Home bu yaxınlarda elan etdiyi rebrendinq münasibətilə “Şeş-Qoşa” kampaniyasını yenidən başladıb. Oktyabrın 4-dək Kontakt Home-un istənilən mağazasına yaxınlaşın, arzuladığınız məhsulu qiymətindən və sayından asılı olmayaraq alın, elə yerindəcə zər atın. Bəxtinizə şeş-qoşa (6 qoşa) düşərsə, aldığınız məhsulu tamamilə PULSUZ aparın.
“2 ədəd televizor aldıq. Zəri yoldaşım atdı və əli düşərli oldu. Ödədiyimiz 1655 manat geri qaytarıldı. Əla kampaniyadır!”
Ruslan Mixubalıyev/Bakı
Hər qəbzə görə 1 dəfə zər atılır. Əgər bir neçə məhsulu 1 qəbz ilə almısınızsa, 1 dəfə, ayrı-ayrı qəbzlərlə almısınızsa, hər qəbzə görə ayrı-ayrılıqda zər atmaq şansınız var.
“Kontakt Home-un daimi müştərisiyəm. Kampaniyanı fürsət bilib onsuz da ev üçün lazım olan 3 kiçik texnika aldım. Mikrodalğalı soba üçün atdığım zərdə şeş-qoşa düşdü. Məhsul pulsuz başa gəldi, həm də xoş təəssürat aldım!
Xəyalə Abbasova/Bakı
Bəzən fələyin üzümüzə gülməsi üçün zər atmaq kifayətdir. Siz də “Kontakt Home”un sevindirdiyi minlərlə müştəridən biri olun!
“Özümə Samsung smartfonu aldım. Mağazada kampaniya haqda məlumat verdilər. Mən də bəxtimi yoxlamaq istədim. Uğurlu günüm imiş, məhsulu pulsuz apardım”
Bəhruz Məsimov/Bakı
Qeyd edək ki, kampaniya həm nağd, həm 3 dəfəyə ödə, həm də taksit kartlarıyla alışa şamil olunur. Kampaniyanın şərtləri ilə daha ətraflı aşağıdakı videodan və kontakt.az saytından tanış ola bilərsiniz.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Xiaomi 15 qlobal bazarda iki versiyada satışa çıxacaq
Apple öz əməkdaşlarını izlədiyi iddisı ilə məhkəməyə verilib