main-post-cover

    'Kontakt' ölkə xaricində artıq ikinci mağazasını açdı – FOTOLAR

    Digər
    Reklam və Marketinq
    28.06.2022
    Emil Nəcəfov
        İlk dəfə ölkə hüdudlarından kənarda – Gürcüstanın paytaxtı Tbilisidə elektronika mağazasını açan 100% yerli brend “Kontakt”, yaxın günlərdə Gürcüstanda növbəti mağazasını böyük sevinclə təqdim edib. “Gldani Mall”da yerləşən bu “Kontakt Home” mağazası Tbilisinin Gldani bölgəsinin ən böyük elektronika mağazasıdır.
        Mağazanın rəsmi açılışına “Kontakt” mağazalar şəbəkəsinin baş direktoru Həsən İsrafilzadə, “Gürcüstan” nümayəndəliyinin rəhbəri Radiq Əsgərli də daxil olmaqla Samsung, Apple, Huawei, Delonghi kimi qlobal brendlərin region üzrə nümayəndələri və təmsilçiləri, eləcə də Tbilisi sakinləri qatılıb.
        Açılış tədbiri istehsalatın başlamasını simvolizə edən “Start düyməsi”nin sıxılması ilə başlayıb, Gürcüstanın sevilən musiqi qruplarının çıxışı, hədiyyəli və əyləncəli oyunlarla davam edib. Tədbir iştirakçıları həm də “Şeş-qoşa” kampaniyasından yararlanıblar. Sözügedən kampaniya Azərbaycanda olduğu kimi Gürcüstanda da olduqca maraqla qarşılanıb. Üstəlik açılışa qatılanlar peşəkar barista tərəfindən hazırlanan ətirli Delonghi qəhvəsindən dada biliblər. Bir sözlə açılış tədbiri böyükdən kiçiyə bütün Gldani sakinlərinin ürəyincə olub. 
        “Gldani Mall”un ikinci mərtəbəsində yerləşən loft üslublu bu mağaza 2000 kvadrat metr geniş sahəyə malik olub, dünya brendlərinə məxsus 20.000 çeşiddə rəqəmsal, kiçik böyük məişət, tekstil və digər ev əşyalarını özündə birləşdirir.
        Məlumat üçün bildirək ki, yaxın zamanlarda Gürcüstanın digər şəhərlərində də yeni “Kontakt Home” mağazaları istifadəyə veriləcək. Bununla da “Kontakt”ın sevinc dairəsi biraz da genişlənəcək. 
        “Kontakt” hazırda “Dyson”, “Electrolux”, “WAHL”, “Toshiba”, “Black&Decker”, “Samsung”, “LG”, “Bosch”, “Huawei”, “Xiaomi”, “Realme”, “Sony”, “Panasonic”, “Hoffmann”, “Sonorous”, “Elari”, “Thomas”, “Beurer”, “Karcher”, “H Gala”, “Cassore”, “Simge” mobilya kimi 30-dan çox beynəlxalq brendin rəsmi distributoru, “Apple” brendinin rəsmi satış mərkəzidir.
        Hazırda şəbəkənin Azərbaycan üzrə ümumilikdə 34 mağazası, Gürcüstanın paytaxtı Tbilisidə 2, kontakt.az və kontakt.ge onlayn mağazaları fəaliyyət göstərir. Sizə ən yaxın mağazanı buradan tapa bilərsiniz.
    Linki kopyala