
“Kontakt”ın “Nağıl kimi” kampaniyasının bitməsinə son 5 gün – 24 AYADƏK FAİZSİZ ŞƏRTLƏR
Reklam və Marketinq
11.01.2024
Emil
Yeni İl bayramı bitsə də, “Kontakt”da bayram kampaniyası hələ də davam edir. “Fürsət bu fürsətdir” deyib kampaniyanın son 5 gününü ən səmərəli şəkildə dəyərləndirmək üçün elə indi şəbəkənin mağazalarına üz tutun. Çünki yalnız yanvarın 14-dək nağd alış zamanı 50%-dək endirimlərdən yararlanmaq şansınız var.
Hissəli alışda da cibinizə uyğun fürsətlər davam edir. Belə ki, əgər siz smartfon, notbuk və ya planşet əldə etmək istəyirsinizsə ilkin ödənişsiz, 12 ay faizsiz; televizor, məişət texnikası, qab-qacaq və ya ev tekstili almaq istəyirsinizsə 18; mebelinizi dəyişmək istəyirsinizsə 24 ay ilkin ödənişsiz, faizsiz hələ üstəlik komissiyasız şərtlərdən yararlana bilərsiniz.
İndi isə gəlin nağıl kimi kampaniyanın bəzi təkliflərinə nəzər salaq:
- 128 GB yaddaşlı Xiaomi Redmi Note 12 smartfonunu nağd alışda 420 deyil, 340 manata;
- 109 sm ekranlı, smart Toshiba televizorunu 900 deyil, cəmi 500 manata;
- Quru və nəm təmizləmə növünə uyğun Dreame tozsoranını 700 deyil, cəmi 500 manata;
- 66 l tutumlu Bosch sobasını hissəli alışda ayda cəmi 55 manata;
- Yataq və sandıq mexanizmli Arizona künc divanını isə ayda cəmi 40 manata ala bilərsiniz.
Odur ki, bütün fürsətlərdən kampaniya bitmədən yararlana bilmək üçün şəbəkənin sizə yaxın olan mağazasına tələsin! Ətraflı məlumat üçün isə *6060 Çağrı Mərkəzi ilə əlaqə yarada bilərsiniz.
Paylaş
Ən çox oxunanlar

Süni zəka qlobal pandemiya riskini artıra bilər
