Könüllülər üçün xüsusi təklif!

Könüllülər üçün xüsusi təklif!

Reklam və Marketinq
06.12.2020 PAYLAŞIM

    “Azercell Telekom” MMC Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamı ilə 2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan edilməsilə  əlaqədar öz xüsusi töhfəsini hazırlayıb. Azərbaycanın lider mobil operatoru “Regional İnkişaf” İctimai Birliyinin təşəbbüsü ilə könüllülərin daha sərfəli şərtlərlə danışmasına və böyük həcmdə internetdən istifadəsinə imkan verəcək güzəşt təqdim edir. Qeyd olunan bu xüsusi təklif könüllü fəaliyyət növü ilə məşğul olan insanların gördüyü xeyirxah işin dəstəklənməsi məqsədini daşıyır.

    Xüsusi təklifə əsasən könüllülərə hər ay 600 dəqiqə tarifdaxili danışıq vaxtı,  6GB həcmində internet trafiki təqdim olunur. Eyni zamanda, Azercell-in Zvuk, iviBookmateBusuu kimi rəqəmsal tətbiqlərindən istifadə üçün 6GB həcmində əlavə internet də nəzərdə tutulub. Bütün bunlarla yanaşı, bu güzəştdən yararlanan könüllülər sosial şəbəkələrdə (WhatsApp, Facebook Messenger, Viber, Telegram və Twitter) pulsuz çatdan da yararlana bilərlər. Xüsusi təklifin aylıq abunə haqqı 6,30 AZN təşkil edir. 


    Bu xüsusi təklif Azərbaycanda könüllü fəaliyyəti ilə məşğul olan bütün Azercell Fakturasız xətt abunəçiləri üçün nəzərdə tutulub. Güzəştdən yararlanmaq üçün RİİB-in www.riib.az rəsmi internet səhifəsində qeydiyyatdan keçmək lazımdır, qoşulma qaydası və digər təfərrüatlar haqqında ətraflı məlumatı da orada əldə etmək olar. Könüllülər istifadə etdikləri tarif paketin idarə olunması, yeniliklərdən xəbərdar olmaq üçün Azercell-in “Kabinetim” tətbiqindən də istifadə edə bilərlər.

    Ölkənin lider mobil operatoru “Azercell Telekom” gənclərin inkişafına təkan vermək məqsədilə irəli sürülən təşəbbüsləri daima dəstəkləyir və bu istiqamətdə müxtəlif layihələr həyata keçirir. İnanırıq ki, Azercell tərəfindən “Könüllülər İli”nə xüsusi hədiyyə kimi hazırlanan bu təklif təmənnasız olaraq digərlərinə yardım edən könüllülərin əməyinin qiymətləndirilməsi və bu hərəkatın stimullaşdırılmasına qatqı vermiş olacaq.   

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Azercell-in 'Kabinetim' mobil tətbiqi 1 mln yüklənməni aşdı

Lider mobil operatorun təqdim etdiyi unikal xidmət yüklənmə sayına görə ölkə üzrə rekord göstəricilə..


'Qadınların İKT sahəsində rolu'

Azercell informasiya-kommunikasiya texnologiyaları sahəsində çalışan və öz sözünü deyən qadınları bi..


Azercell-in Mobil Diş və Göz Klinikaları təmənnasız xidməti davam etdirir..

2021-ci ilin ilk rübündə əksəriyyəti şəhid ailələri üzvləri olan 150-dən çox xəstə pulsuz müayinə və..


Microsoft, Azərbaycan Respublikası müəllimlərini beynəlxalq Microsoft Innovative..

Təhsil cəmiyyətin inkişafın ən vacib amillərindən biridir. Məhz buna görə də o, yalnız əlverişli, ke..


Smartbee: 'Ağıllı arılar' necə böyük bir layihəni yarada bildilər?

Azərbaycanda qeyri-neft sektorunun inkişafından, insan kapitalına, müasir texnologiyalara diqqətin a..


'Azercell Könüllüləri'ndən igidlərimizin ailələrinə 'Novruz Payı'

“Azercell Könüllüləri” komandası insanlara qayğı və diqqət çağırışlarını əks etdirən, birlik və payl..

×