Layihə idarəolunması sahəsində profesionallaşmaq üçün  'PMO.az Consulting & Training' platforması təqdim olunub

Layihə idarəolunması sahəsində profesionallaşmaq üçün 'PMO.az Consulting & Training' platforması təqdim olunub

Reklam və Marketinq
20.09.2021 PAYLAŞIM

    Azərbaycanda son dövrlər layihələrin idarəolunması üzrə mütəxəssislərə geniş tələb yaranıb. Bir çox korparativ şirkətlər beynəlxalq biznes prinsiplərinə uyğunlaşaraq şirkətdaxili layihələrin hər bir aspektini bu sahədə mütəxəssis olan kadrlara həvalə edir. Texnologiyanın imkanları sayəsində istənilən sahədə profesionallaşmaq artıq çox asandır. Bu baxımdan layihə menecerliyi sahəsində mütəxəssis olmaq üçün onlayn təlimlərdən, beynəlxalq standartlara uyğun ədəbiyyat və məqalələrdən yararlanmaq çox faydalıdır.

    “PMO.az Consulting & Training” platforması layihə idarəolunması sahəsində peşəkarlaşmaq istəyənlər üçün geniş imkanlar təklif edir. Platformanın əsas məqsədi bu sahədə peşəkar olmaq istəyənlər üçün mütəxəssislərin təlimləri, məqalə və yerli ədəbiyyatlar toplusu, eləcə də sahə üzrə vakansiya və iş imkanları kimi məlumatları özündə cəmləşdirərək biznesə peşəkar “Layihə rəhbərləri” qazandırmaqdır. PMO.az saytında layihələrin idarəolunması sahəsində beynəlxalq standartların tələblərinə uyğunlaşdırılmış fərdi təlim bu sahədə lazım olacaq ilkin baza biliklərini əhatə edir.


    Təlim “PMO.az Consulting & Training” platformasının təsisçisi, bu sahədə beynəlxalq sertifikat sahibi, eyni zamanda PMO-CP “Layihə rəhbəri-2019” Ümumrusiya yarışmasının lauriyatı Rəşad İbrahimov tərəfindən tədris olunur. Rəşad İbrahimov müəllifi olduğu bu təlimdə bir çox sahədə layihə rəhbərliyi üzrə əldə etmiş illərlə qazandığı təcrübəni istifadəçilərlə bölüşür. Ümumi təlim materialı 20 saatadək video dərs, layihə idarəolunmasına aid işlək şablonlar, testlər, beynəlxalq mütəxəssislərə aid ədəbiyyat və məqalələri əhatə edir. İstifadəçilər əvvəlcə pmo.az saytına daxil olaraq “Şəxsi kabinet” bölməsindən qeydiyyatı tamamlayıb, onlayn ödəmə sistemi ilə ödəniş edərək bu təlimdən yararlana bilərlər. Bu bölmədə layihənin hər bir sahəsini əhatə edən 11 modul yerləşdirilmişdir.Hər modul daxilində layihənin müəyyən tərkibi üzrə nəzərdə tutulmuş video dərslik, mövzuya aid məqalələr və testlər, tapşırıqların yerinə yetirilməsi üzrə şablonlar və ədəbiyyat nümunələri yerləşdirilmişdir.

    Ümumən platforma və təlimdəki video dərsliklər, eləcə də tapşırıq və testlər Azərbaycan dilində təsis olunmuşdur. İstifadəçilər təlimi bitirdikdən sonra xəbərlər bölməsində yerləşdirilən bu sahədəki iş imkanları ilə tanış ola bilərlər. Təlimdən əldə olunan bilik və bacarıqlar, eləcə də materiallar istər işəqəbul müsahibəsi zamanı, istərsə də iş mühitində istifadəçilər üçün olduqca yararlı olacaq. İstifadəçilər iş tapma mərhələsində konsultantlarla əlaqə yarada, pmo.az platformasında yerləşdirilən seminarlar, online müsahibələr və yeni iş imkanlarından xəbər tutaraq yararlana bilərlər.


Layihə idarəolunması sahəsində geniş imkanlar yaradan “PMO.az Consulting & Training” platforması vasitəsilə gələcəyin mütəxəssisi olmaq mümkündür.

Müəllif: Günel Əliyeva

 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


AzDimension və Nvidia tərəfdaşlıq müqaviləsi imzaladılar

 Azərbaycan oyun yaradılma sənayesinin tarixində əlamətdar bir an gəldi.


50GB mobil internet hədiyyəli ən yeni model iPhone 13 smartfonları artıq Azercel..

Daha öncə elan edildiyi kimi, Apple Inc. şirkətinin Azərbaycandakı eksklüziv telekommunikasiya tərəf..


Məktəblilər arasında 'AZERCELL CUP' proqramlaşdırma üzrə müsabiqənin final mərhə..

Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsi və İnformatika üzrə Milli Olimpiada komandasının m..


Azercell Tokio-2020-nin qaliblərini təbrik etdi

Şirkət beynəlxalq olimpiadada öz qələbəsilə Azərbaycan bayrağını zirvələrdə dalğalandıran olimpiya v..


Rəsmi iPhone 13 modelini 'Kontakt'dan ilk alanlar 300 manatlıq hədiyyə qazanacaq..

Rəsmi iPhone 13 modellərini hamıdan daha əvvəl, üstəlik ən sərfəli şərtlərlə almaq istəyirsiniz? Elə..


Azercell-dən iPhone 13, iPhone 13 Pro və iPhone 13 Mini əldə edin və 3 ay ərzind..

Azercell böyük məmnuniyyətlə oktyabrın 15-dən etibarən uzun müddətdir gözlənilən iPhone 13, iPhone 1..

×