main-post-cover

    'Logitech'dən videokonfranslar üçün üçüncü nəsil həllər - FOTO

    Digər
    Reklam və Marketinq
    07.09.2022
    Farid Pardashunas
        Dünyada cərəyan edən hadisələr və COVID-19 məhdudiyyətləri ilə əlaqəli qapanma səbəbindən əməyin təşkilində köklü dəyişikliklər baş verdi. İş mühiti daha çevik oldu, insanların ofisə gəlməsi tələbi aradan qalxdı. Bu cür yanaşma fonunda videorabitə birgə iş üçün son dərəcə vacib şəkil aldı. Onun sayəsində insanlar olduqları yerdən asılı olmayaraq, bir-birini görə və eşidə bilirlər. 
        Bu işdə biznesin köməyinə texnologiyalar gəldi. İclas və ya danışıqların “Zoom”, yaxud “Microsoft Teams” vasitəsilə keçirilməsi artıq adi hala çevrilib, baxmayaraq ki, bu yaxınlaradək çoxları bu tətbiqləri gözardı edir, videokonfranslardan istifadə etməməyə çalışırdılar. 
        “Logitech” şirkəti istifadəçilərə təkcə ofis və oyun periferiyası istehsalçısı kimi tanış deyil. Brendin məhsulları sırasında videorabitə üçün cihazlar silsiləsi də var. Onların sırasında sadəcə adət etdiyimiz veb-kameralar deyil, həm də videokonfransların keçirilməsi üçün nəzərdə tutulmuş kompleks həllər mövcuddur. 
        Bu müasir həllərin ən parlaq nümunəsi üçüncü nəsil videokonfranslar üçün sistemlərdir. Bu cihazların əvvəlki nəsil avadanlıqlardan əsas fərqi tam avtonom olmasıdır. Daxili əməliyyat sisteminin və videorabitə üçün populyar tətbiqlərin (MS Teams, ZOOM və s.) olması onu noutbuka və ya fərdi kompüterə qoşmadan istifadə etməyə imkan verir! Əlavə sistemlər və aksesuarlar (SWYTCH, “TAP Sсheduler”, SCRIBE və s.) isə istənilən konfiqurasiyalı danışıq otaqlarını avadanlıqlarla tam təchiz etməyə imkan verir. 

    RALLY BAR

        “Logitech Rally Bar” böyük və kiçik ölçülü danışıq otaqları üçün nəzərdə tutulmuş universal “hamısı birində” videopaneldir. Daxili əməliyyat sistemi cihazdan həm əvvəlcədən quraşdırılmış tətbiqlərlə (“MS Teams”, ZOOM, “Pexip” və s.) avtonom formada, həm də noutbukunuza qoşmaqla xarici avadanlıq kimi istifadə etməyə imkan verir.
        “Rally Bar” videosisteminin ikili kamerası və “RightSight 2” avtomatik kadrlama texnologiyası sayəsində danışıqlarda iştirak edən heç kəs kadrdan kənarda qalmayacaq. Sistemin aktiv spikerdə fokuslanması üçün “Speaker View”, məkanda olan hər kəsin videoda görünməsi üçün isə “Group View” rejimindən istifadə edin və ya ünsiyyəti daha interaktiv etmək üçün hər iki rejimi eyni zamanda qoşun. 
        Optik “zoom” və intellektual videoaxtarıcı ilə təchiz edilmiş, ikili kameraya malik innovativ sistem orta və böyük ölçülü məkanlarda videokonfranslar üçün kinomatoqrafik keyfiyyətli təsviri təmin edir. 
        Hər tərəfə yönəldilə bilən 5-dək daşınan mikrofon qoşmaqla daxili mikrofonların təsir radiusunu əhəmiyyətli dərəcədə artırmaq olar. Əlavə aksesuarlar və dayaqlar isə cihazı istənilən danışıqlar otağının dizaynına uyğunlaşdırmağa imkan verir. 

    RALLY BAR Mini 

        “Logitech Rally Bar Mini” sonradan orta ölçülü məkanlaradək genişləndirilə bilən kiçik məkanlar və yığıncaq yerləri üçün nəzərdə tutulmuş universal “hamısı birində” videopaneldir. “Rally Bar” kimi o da həm “MS Teams”, ZOOM, “Pexip” və s. kimi daxili tətbiqlərə malikdir, həm də periferiya cihazı kimi istifadə edilə bilər. 
        Həm “Rally Bar”, həm də “Rally Bar Mini” “Logitech TAP” sensor “touchpad” ilə təchiz edilə bilər. Bu, bir toxunuşla daxili tətbiqləri rahat şəkildə idarə etməyə və konfransları başlatmağa imkan verir. Bundan başqa, sensor panelin “РоЕ” ilə modifikasiyası olan TAP IP də əlçatandır. 
        “Logitech Sync”dən istifadə etməklə vahid platforma ilə konfrans zalında cihazları idarə etmək mümkündür. Məsafədən monitorinq və cihazların idarə edilməsinə yeni yanaşma daxili təminat proqramlarının yenilənməsi və funksiyaların aktivləşdirilməsi kimi tapşırıqları asanlaşdırır, API və perspektiv arxitektura isə yeni ideyalar və inteqrasiya üçün möhkəm əsas yaradır. 

    SWYTCH

        “Logitech Swytch” konsentratoru avadanlığın “Microsoft® Teams Rooms” və “Zoom Rooms” kimi videokonfrans rabitəsi servislərində uyğunluq problemini həll etməyə imkan verir. “Logitech Swytch” sayəsində danışıqlar otağının audiovizual avadanlığını videorabitə, vebinar və ya birbaşa yayımın təşkili üçün istənilən tətbiqlərlə istifadə edilə bilər. Sadəcə bu servisi noutbukda işə salmaq və cihazları “Swytch” vasitəsilə qoşmaq lazımdır. Universal USB “Type-A/Type-C”nin olması çoxsaylı kabel və keçiricilərdən, həmçinin istifadəçiləri çətinliyə salan və onlar üçün problemlər yaradan kökləmələri sıfırlama prosesindən imtina etməyə imkan verir. 

    SCRIBE

        Marker lövhələri üçün nəzərdə tutulmuş xüsusi kamera olan “Scribe” lövhədəki təsviri birbaşa videokonfrans rabitəsi seansına qoşulmuş cihazların ekranlarına ötürməyə imkan verir. Bu, xüsusilə də böyük iclas zalları və ya lektoriyalarda xüsusilə faydalıdır. Bu cür zallarda iştirakçıların bir qismi arxa sıralarda əyləşir və heç də hər zaman spikerin lövhədə yazdığı qeyd və cızma-qaraları görə bilmirlər. Müasir hibrid iş formatında və təhsil sahəsində bu yenilik əvəzedilməzdir. Bu halda əməkdaşların/şagirdlərin çoxu bir yerdə olmurlar və iclasa videokonfrans rejimində qoşulurlar. 
        Cihaz asanlıqla quraşdırılır və quraşdırmaq üçün tələb olunan bütün lazımi elementlərlə tədarük edilir, həmçinin iclas otağın/lektoriyanın infrastrukturuna və təşkilatın İT-infrastrukturuna asanlıqla qoşulur və ən məşhur videokonfrans rabitəsi platformaları ilə uyğunlaşdırıla bilir. 

    TAP Scheduler

        “Logitech Tap Scheduler” danışıqların planlaşdırılmasını həyata keçirir. O, əlçatanlığın əyani indikasiyasını təmin edir və görüş haqqında ətraflı məlumatları əks etdirir. Cihaz məkanları təcili və ya planlaşdırılan iclaslar üçün asanlıqla rezerv etməyə imkan verir. Düşünülmüş kabel çəkilməsi və dəstə daxil olan dayaqlar “Logitech Tap” planlayıcısını istənilən danışıqlar otağından kənarda peşəkar şəkildə quraşdırmağa və operativ şəkildə istismara verməyə şərait yaradır. 
        Kiçik, orta və böyük ölçülü məkanlarda videokonfransların keçirilməsi üçün nəzərdə tutulmuş “Logitech” brendinin  istifadəsi son dərəcə asan yeni nəsil həlləri haqqında daha çox məlumat əldə etmək üçün aşağıdakı keçiddən istifadə edə bilərsiniz - https://solutions.asbis.com/brands/logitech , https://www.bakinity.az/
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər