main-post-cover

    Mastercard Azərbaycanda Google Pay-ın işə salınmasını qeyd edir

    Digər
    Reklam və Marketinq
    23.08.2022
    Farid Pardashunas
        Rəqəmsal texnologiyalar erası sürətlə qlobal iqtisadiyyata təsir göstərməyə davam edir. Maliyyə və texnoloji innovasiyaların ortaya çıxması dövlət institutlarını dünya ticarətinin sərhədlərinə yenidən baxmağa vadar edir. Rəqabətdə geridə qalmamaq üçün ölkələr və şirkətlər arasında sırf elektron xidmətlər üzərində mübarizəlr başladı. Bu da onu deməyə əsas verir ki, mübarizə davam etdikcə şirkətlər daha yeni təkliflər və layihələrlə sektora daxil olmağa davam edəcəklər. 
        Rəqəmsal texnologiyalar əsrində öz sözünü deyən və deməyə də davam edən şirkətlərdən biri də “Mastercard”dır.  Belə ki, “Mastercard”-ın Azərbaycanda əsas missiyası, görüləcək yeni layihələr, rəqabət mühitində müştərilərə təkliflər, tərəfdaş banklarla gözlənilən yeni əməkdaşlıqlar və digər yeniliklər barədə “Mastercard” şirkətinin  Azərbaycan və Türkiyə üzrə yeni Baş Direktoru Avşar Gürdal Oxu.Az-a müsahibəsində məlumat verib. 
    - Söhbətimizə başlamazdan öncə sizi “Mastercard”-ın Türkiyə və Azərbaycan üzrə baş direktoru vəzifəsinə təyin olunmağınız münasibətilə təbrik edirəm. “Mastercard”-ın Azərbaycandakı müştərilərinə təklif etdiyi yeni məhsullar, xidmətlər və həllər haqqında nə deyə bilərsiniz?
        - “Mastercard” olaraq Azərbaycanda əsas missiyamız müştərilərin, tərəfdaş bankların və ölkədəki bütün maraqlı tərəflərin xeyrinə olacaq şəkildə nağdsız ödənişlərin payını artırmaqdır. Biz Azərbaycan Mərkəzi Bankı ilə imzalanmış Rəqəmsal Ölkə Tərəfdaşlığı Sazişindən irəli gələn təşəbbüsləri həyata keçirməyə davam edəcəyik. Eyni zamanda ölkə regionunun aparıcı nağdsız iqtisadiyyatına çevrilməsinə töhfə vermək niyyətindəyik. “Mastercard” maliyyə institutları, ticarətçilər, hökumətlər və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq edərək, sağlam iqtisadiyyat naminə yeni çıxış yolları yaratmaq üçün texnologiya, nüfuz və imkanlara malikdir.
        Xüsusilə, 2021-ci ildə “ApplePay” həllərini uğurla işə saldıq və bu gün “Android” istifadəçiləri üçün onun alternativi olan GPay-ı (GooglePay) təqdim edirik. Nağd pul əməliyyatlarından təmassız və NFC-yə keçidi stimullaşdırmaq üçün NFC əməliyyatlarını fəal şəkildə təşviq edəcəyik. Biz həmçinin genişlənən NFC biznesimizə töhfə vermək məqsədilə partnyor şəbəkəmizi daha da genişləndirməyi hədəfləmişik. Belə ki, bu platformaya davamlı olaraq yeni partnyorlar cəlb etməklə onlayn alış-verişi sürətli və təhlükəsiz edən, “e-ticarət” təcrübəsini yenidən formalaşdıran “Card-on-File” həlli olan “Masterpass”-a sərmayə qoymağa davam edəcəyik.
    Ticarət sahiblərinin smartfon, planşetini yerindəcə müştərilərin təmassız kartlarından və ya mobil pul kisələrindən ödənişləri qəbul edə bilən təmassız satış nöqtəsi (POS) terminalına çevirən Tap-on-Phone (Telefona toxun) texnologiyasına köklənəcəyik. Qlobal Miqyasda milyardlarla kart, bank və rəqəmsal hesablardan real vaxtda təhlükəsiz ölkəxarici köçürmələri təmin edən platformalarımızı aktiv şəkildə təbliğ edəcəyik. 
    - Son illər ölkəmizdə nağdsız və təmassız ödənişlərə ümumi münasibət necə dəyişib?
        - Deyə bilərəm ki, Azərbaycanı nağdsız gələcəyə aparmaqda qərarlıyıq. Ona görə də bizim bütün layihə və planlarımız Rəqəmsal və Nağdsız Gələcək üçün infrastrukturun yaradılmasına köklənib və bu amala xidmət edir. Pandemiya dövründən etibarən  ölkədə bir sıra layihələr həyata keçiririk. Bu da nağdsız ödənişlərin sayının artmasına və nəticədə istifadəçilər arasında məlumat, inam səviyyəsinin yüksəlməsinə səbəb olub. “Nağdsız Azərbaycan” proqramı işə salınandan bu günə qədər  Azərbaycanda ödəniş kartlarının sayı iki dəfə artıb. Ölkədaxili Əməliyyatların həcmi 2,6 milyard manatdan 11 milyard manata, elektron ticarətin payı isə artaraq 9%-dən 30%-ə faizə yüksəlib. Bu artım tempi 4 il ərzində “e-ticarət” həcmlərinin 10 dəfədən çox artması deməkdir.
    - Bir qədər də nağdsız ödənişlərin əsas üstünlükləri barədə danışaq. Ən önəmli nüanslar hansılardır?
        - Ən əsas üstünlüklərindən biri rahatlıqdır. Maliyyə əməliyyatlarının asan şəkildə həyata keçirmək rəqəmsallaşmanın ən böyük amillərindən biridir. Pandemiya onu gigiyenik məcburiyyətə çevirməzdən əvvəl də nağdsız əməliyyatlara keçid üçün stimullar və səmərələr var idi. Bu, həmçinin fırıldaqçılığın azaldılmasına və çirkli pulların yuyulmasına qarşı mübarizəyə kömək edə bilər. Çünki elektron ödənişlərin izlənilə bilməsi imkanı cinayətkarlar üçün çirkli pulların yuyulmasını çətinləşdirir. Üstəlik, şəxsi səviyyədə bu, daha təhlükəsizdir: Belə ki, əgər sizin nağd pulunuz yoxdursa, oğruların əlinə keçəcək vəsaitiniz də yoxdur. Beləliklə, ümumilikdə cinayətlərin sayının azaldılması potensialı var.
        Nağdsız iqtisadiyyata keçən ölkələr üçün xərclərə qənaət etmək lazımdır. Əskinasların və qəpiklərin istehsalı baha başa gəlir və biznes funksiyaları kimi onları idarə etmək, saxlamaq, bazardan çıxarmaq və bazara yatırmaq daha bahadır. Nağdsız həmçinin ölkəxarici ödənişdir və beynəlxalq səyahətləri daha sadə bir təcrübəyə çevirə bilər. Dünyanın istənilən yerində smartfon və ya kartınızla hər şeyi ödəyə bilirsinizsə, xarici ölkəyə səfər edərkən öz milli valyutanızı yerli valyutaya dəyişməyə ehtiyac yoxdur.
    - Bəs “Mastercard” sadalanan bu qədər yenilikləri və eləcə də nağdsız ödənişləri Azərbaycanda və digər ölkələrdə necə təbliğ edir?
        - “Mastercard” olaraq Azərbaycanda nağdsız ödənişləri təşviq etməkdə maraqlıyıq. Azərbaycanın regionun nağdsız ödəniş liderinə çevrilməsinə töhfə vermək, şəffaflığı artırmaq və iqtisadi artımı dəstəkləmək niyyətindəyik. Bu strategiyanın bir hissəsi olaraq, davamlı şəkildə bazarda müxtəlif  kampaniyalar təşkil edirik. Bu gün biz Azərbaycan istehlakçıları arasında GPay (Google Pay) istifadəsini təşviq edəcək bir sıra kampaniyalar elan edəcəyik.
        Şamaxıdakı uğurlu layihələrimiz (nəqliyyat kartı), tələbə kartları və bir çox başqa işlərimiz göstərir ki, istehlakçı rəqəmsal ödənişləri ilk dəfə sınaqdan keçirdikdən sonra ona yenidən müraciət etmək ehtimalı 50% artır. Yoxlamasan, güvənməzsən.
    - Azərbaycanda fintex mənzərəsini və “Mastercard”-ın onunla əlaqəsini necə təsvir edərdiniz?
        - Bu barədə onu deyə bilərəm ki, “Mastercard” uzun illərdir ki plastik kartlara köklənən bir şirkətdən rəqəmsal ödəniş prosesləri və alətlərinə yönələn bir şirkətə çevirərək finteksə köklənib. “Mastercard” şirkəti olaraq startapların bazara daxil olmasından başlayaraq davamlı inkişafı üçün asan Mastercard həlləri ilə dəstək oluruq. Təşəbbüs fintexlərə xüsusi hazırlanmış alətlərdən, o cümlədən, “StartPath” platformasından istifadə edərək öz məqsədlərinə köklənməyə kömək edir. “Startap” iştirakı proqramı fintex şirkətlərinə inkişaf etmək üçün tərəfdaşlıq imkanlarına, məlumatlara və alətlərə çıxış imkanı verir və “Mastercard” texnologiyasına, tərəfdaşlıqlarına və təcrübəsinə çıxış təmin edir. Məmnuniyyətlə bildiririk ki, Azərbaycan startapı olan “SmilePay”, dünyanın “Mastercard Start Path”-a qoşulan səkkiz startapından biridir.
    - Nə üçün “Google Pay” və digər mobil cihaz ödəniş həlləri istehlakçılar və ödəniş ekosistemi üçün vacibdir?    
        - Maraqlı sualdır. Belə ki, “GooglePay” və digər “XPay”-ları Azərbaycana gətirən “Mastercard” müştərilər üçün daha təhlükəsiz və xüsusi ödəniş imkanları təqdim edir. Daha dəqiq desək, yəni onlara bank kartlarını başqalarına vermək, düymələrə fiziki toxunuşlar etmək və ya nağd pul mübadiləsi kimi müəyyən əməliyyatlardan yayınmağa kömək edir.
        “Google pul kisəsi” istənilən Android telefonu və ya “Wear OS” cihazı ilə sürətli, asan və təhlükəsiz ödəniş üsulu təmin edir. Qatarda ödəniş edin, mağazalarda ödəmək üçün toxunun və daha çoxu. Hara getməyinizdən asılı olmayaraq hər şey bir yerdə əlinizin altında olsun.
    - “Google Pay” istifadəçilərə hansı faydaları vəd edir?
        - “Smartfonlar” bir ünsiyyət vasitəsindən daha artığıdır və insanlar tərəfindən bir yerdən başqa yerə getmək, müxtəlif tədbirlərdə iştirak etmək, yemək sifariş etmək üçün istifadə edilsə də, indi hal-hazırda kartlarını və loyallıq proqramlarını saxlayırlar. 
        Bu gündən etibarən Azərbaycanda “Mastercard” sahibləri öz kartlarını “Google Wallet”-ə əlavə edə və kontaktsız ödənişlərin qəbul edildiyi yerlərdə “WearOS” cihazları və Android telefonları ilə ödəniş  edə biləcəklər. “Google pul kisəsi” istənilən Android telefonu və ya “Wear OS” ilə sürətli, asan və təhlükəsiz ödəniş üsulu təmin edir.
        “GooglePay Mastercard” tərəfdaşı olan ABB, Kapital Bank, Bank Respublika, Unibank, Rabitabank və Paşabank kimi banklarda mövcuddur. “Mastercard” kart sahibləri artıq həm “Mastercard” kampaniyalarından, həm də həmin bankların təqdim etdiyi təkliflərdən yararlana biləcəklər.
    - Azərbaycanda nağdsız ödənişlərin daha hansı yeni üsulları tətbiq olunacaq? Növbəti 10 ildə gözləməli olduğumuz hər hansı futuristik ödəniş üsulları varmı?
        - İnanırıq ki, yaxın 10 ildə nağd puldan istifadə çox azalacaq. Biz bütün innovativ həllərimizi bütün dünya ilə yanaşı Azərbaycana gətirdikcə, həmçinin hər yaşda olan insanlar yeni texnologiyalara uyğunlaşdıqca, bəzi innovativ ödəniş üsullarının, o cümlədən, üz tanınması da daxil olmaqla, biometrik ödənişlərin gündəlik ödəniş həlli kimi məşhur olacağını gözləyirik.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər