Mobil cihazların orijinallığını onlayn yoxlamaq mümkündür – imei.az

Mobil cihazların orijinallığını onlayn yoxlamaq mümkündür – imei.az

Reklam və Marketinq
02.12.2021 PAYLAŞIM

    Mobil cihazların bir-birindən fərqləndirilməsi, eləcə də həmin cihazın şəbəkə ilə təmin olunması IMEI kod vasitəsilə həyata keçirilir. IMEI (International Mobile Equipment Identification) – mobil cihazlar üçün tək və bənzərsiz olaraq təsis edilən beynəlxalq identifikasiyanı (eyniləşdirməni) göstərən unikal nömrədir. Müxtəlif rəqəmlərin kombinasiyasından təşkil olunan bu nömrə Beynəlxalq GSM Assosiasiyası tərəfindən təyin edilir və istehlaka yararlı hər bir mobil cihazın 15 rəqəmdən ibarət öz IMEI nömrəsi olur. İstifadə edilməyə başlananda həmin IMEI nömrəsi vasitəsilə rəsmi qurumlar və ya kommersiya şirkətləri (məsələn, mobil operatorlar) tərəfindən cihazın qeydiyyatı həyata keçirilir. 

    Ölkəmizdə bu proses Mobil Cihazların Qeydiyyat Sistemi tərəfindən həyata keçirilir. Sistemin imei.az saytı üzərindən mobil cihazları onlayn qeydiyyatdan keçirmək, eləcə də cihazın orijinallığını yoxlamaq mümkündür. Bunun üçün əvvəlcə *#06# qısa kodunu yığaraq cihazın IMEI kodunu dəqiqləşdirmək, daha sonra isə həmin kodu imei.az saytında “IMEI nömrəsini daxil edin” bölməsinə yazıb “yoxla” düyməsini sıxmaq lazımdır. Prosesi ardıcıllıqla yerinə yetirəndən sonra ekranda qısa bildiriş mətni əks olunur. Bu mətndə daxil edilən İMEI kodun saxta olub, olmadığı və həmin IMEI üzərində görünən cihaza qarşı hansısa məhdudiyyət varsa, bununla bağlı məlumat verilir.


    Sistem, həmçinin oğurlanmış və itirilmiş cihazıları tapmağa da kömək edir. IMEI verilənlər bazasına oğurlanmış telefonun kodu daxil edildikdən sonra  itirilmiş telefonu tapmaq şansı artır. 

    Qeyd edək ki, hazırda xidmət üzərindən ən son modellər də daxil olmaqla bütün telefonların IMEI kodlarını yoxlamaq mümkündür.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Beş şəhərdə ödənişsiz İT təlimləri keçiriləcək

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşəbbüsü ilə ödənişsiz informasiya texnologiyaları (İT) ..


'Azercell Hackathon 2022' müsabiqəsinə qeydiyyat başladı!

“Azercell Telekom” MMC-nin təşəbbüsü və təşkilatçılığı ilə keçiriləcək “Hackathon 2022”-nin qeydiyya..


'Kontakt'ın dəstəyi ilə 'Her Improvement' proqramının ikinci mərhələsi uğurla ta..

Ölkənin ən aparıcı pərakəndə satış şəbəkələrindən olan “Kontakt” və “FemTech” platformasının birgə t..


İnformatika üzrə daha 4 medal!

Azercell-in dəstəklədiyi məktəblilərimiz beynəlxalq olimpiadada növbəti uğur qazandı


'Yeni ilə könüllülərdən hədiyyələr ilə'

“Azercell Könüllüləri” iki yüzə yaxın uşağı sevindirib


Azərbaycanda növbəti Uşaq Paralimpiya İdman Oyunları baş tutub

Azercell uşaqların fiziki sağlamlığı və inkişafının təmin olunmasına öz töhfəsini verməkdə davam edi..

×