Mobil Ödəmə xidməti indi Azercell Fakturalı Xətt abunəçiləri üçün də mümkün oldu!

Mobil Ödəmə xidməti indi Azercell Fakturalı Xətt abunəçiləri üçün də mümkün oldu!

Reklam və Marketinq
21.11.2020 PAYLAŞIM

    Ölkənin lider mobil operatoru “Azercell Telekom” bütün abunəçilərinin işini asanlaşdıran “Kabinetim” tətbiqi çərçivəsində Mobil Ödəmə xidməti ilə bağlı növbəti yeniliyi təqdim edir. Belə ki, ilin əvvəlində Sim-Sim abunəçiləri üçün istifadəyə verilən Mobil Ödəmə xidməti artıq Azercell Fakturalı Xətt abunəçiləri üçün də mümkün oldu.

    Rəqəmsal həlləri daha da əlçatan etməyi hədəfləyən Azercell bu gunə qədər “Kabinetim” mobil tətbiqi ilə bir sıra yenilikləri abunəçilərinin ixtiyarına verib. Bunlardan biri və gələcək inkişaf baxımından xüsusilə önəmli olanı Mobil Ödəmə xidmətidir. Mobil Ödəmə xidməti nağd puldan, ödəmə kartından istifadə etmədən yalnız mobil telefon nömrəsinin balansından  vacib gündəlik ödəmələri həyata keçirməyə imkan verir. 


    Azercell-in Mobil Ödəmə xidməti gündəlik həyatın bir çox sahələrini əhatə edir. Abunəçilər sadəcə Azercell balansı hesabına heç bir əlavə prosedurdan keçmədən kommunal (qaz, elektrik enerjisi, su, istilik) xərclərini ödəyirlər. Burada, həmçinin, internet və kabel televiziya xidmətlərinin haqqını ödəmək, eləcə də, E-İmza, stasionar telefon rabitəsi xidmətləri üçün ödəniş etmək imkanı yaradılıb. Mobil Ödəmə vasitəsilə, həm də, digər Azercell abunəçilərinin balansını artırmaq, müxtəlif əyləncəli oyunların hesabına pul yatırmaq mümkündür.

    Mobil Ödəmə xidmətinin təqdim etdiyi ən son əhəmiyyətli imkanlardan biri də Azercell abunəçilərinin "Silahlı Qüvvələrə Yardım Fondu"-na birbaşa ianə etmək imkanının mümkünlüyü oldu. Eyni zamanda, bu xidmətdən istifadə etməklə qlobal cəmiyyətin mühüm problemi olan "Koronavirusla Mübarizəyə Dəstək Fondu"-na da ianə etmək olar. 

    Qeyd edək ki,  xidmətdən istifadənin digər şərtləri ilə Azerell-in rəsmi saytı, eləcə də tətbiq vasitəsilə Mobil Ödəmə Xidmətindən istifadə qaydaları bölməsindən tanış olmaq mümkündür.

    Bank və mobil şəbəkələrin birləşməsindən irəli gələn yeni rəqəmsal yanaşma təklif edən Mobil Ödəmə layihəsi çərçivəsində xidmətlərin sayının genişləndirilməsi, xidmət spektrinin artırılması və digər servislərdən istifadə üçün şərait yaradılması nəzərdə tutulur. Mobil Ödəmə xidməti abunəçilərə Azercell-in "Kabinetim" mobil əlavəsinin tərkibində təqdim olunur.  “Kabinetim” tətbiqi abunəçiyə öz nömrəsinə tam nəzarət etmək, nömrə ilə bağlı əməliyyatları idarə etmək, ödəmələri həyata keçirmək, Azercell tətbiqlərinə abunə olmaq imkanını yaradır. “Kabinetim”-lə balansı artırmaq, internet paketləri və rominq internet paketlərini aktivləşdirmək, tarif paketini dəyişmək və bir çox başqa əməliyyatları rahatlıqla icra etmək olar. Azərbaycan, rus və ingilis dillərini dəstəkləyən "Kabinetim” tətbiqi üzərindən onlayn çat vasitəsilə Azercell müştəri xidmətlərinə müraciət etmək və QR skan ilə xidmətlərə qoşulmaq da mümkündür.

    Daim təkmilləşən və funksionallığı artırılan “Kabinetim” tətbiqini "App Store” və ya "PlayStore”dan yüklənilir. Tətbiq avtomatik yenilənməyibsə, yükləmə üçün bit.ly/Kabinetim keçidindən istifadə etmək olar.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


299 manata paltaryuyan? – Kontakt Home-dan əsl Black Friday təklifləri

Nağd alışda 60%-dək meqa endirimlər və ya kreditlə alışda ilkin ödənişsiz, 24 ayadək faizsiz şərtlər..


Kontakt Home-da Black Friday endirimləri erkən başlayacaq – 60%-DƏK ENDİRİM..

İlin ən böyük endirim festivalı “Black Friday”-a az qalıb. Dünyanın hər bir yerində insanlar noyabrı..


Azərbaycanda ilk dəfə 'Qlobal Müdafiə Texnologiyaları Hakatonu' keçiriləcək..

Ölkəmizdə ilk dəfə və onlayn formada keçiriləcək tədbirdə mülki şəxslərin müdafiəsi, informasiy..


Azərbaycan himnini belə eşitməmisiniz – 'Kontakt Home'-dan səs salan layihə..

Ölkənin ən aparıcı elektronika və mebel mağazalarından biri olan “Kontakt Home” şanlı qələbəmiz müna..


Azercell Şuşada ilk 4G şəbəkəsini qurdu!

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər..


Azercell həmvətənlərimizlə qələbə sevincini bölüşür!

2020-ci il noyabr ayının 10-u bütün Azərbaycan xalqının yaddaşında əbədi həkk olundu.

×