Prezident mükafatçısı Fərid Pərdəşünas kimdir?

Prezident mükafatçısı Fərid Pərdəşünas kimdir?

Reklam və Marketinq
03.02.2021 PAYLAŞIM

    02 Fevral 2021-ci tarixli Prezidentin sərəncamı ilə gənclər üçün Prezident mükafatı alan şəxslərin adları açıqlanıb. Siyahıya əsasən elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən gənclər mükafatlandırılıb. Siyahıda müharibə dönəmində informasiya cəbhəsində xüsusi aktivliyi ilə diqqət çəkən Fərid Pərdəşünas da yer alıb.  

    Fərid Pərdəşünas qabaqcıl yüksək texnologiyaların və innovativ ideyaların tətbiqi ilə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsində, həmçinin bu fəaliyyətin gənclər arasında təbliği və təşviqi sahəsində əldə edilmiş uğurlara görə Prezident mükafatına layiq görülüb.  


    Qeyd edək ki, Fərid Pərdəşünas 2015-ci ildən azərbaycan dilində texnoloji məzmunun yaradılması istiqamətində fəaliyyətinə başlayıb. Bu illər ərzində “Technote Media”  texnoloji informasiya agentliyinin əsasını qoyub. 2016-2020-ci illər ərzində Fərid Pərdəşünas The Next Web (Amsterdam), Web Summit (Lissabon), Mobil Dünya Konqresi (Barcelona) 2018-2019-2020, Cannes Lions (Kann) 2018-2019-2020, TOA (Berlin), LG Media (Seul), IOI 2018 (Yaponiya)  tədbirlərinə rəsmi olaraq dəvət almış və bu tədbirlərdə Azərbaycanı  təmsil etmişdir. Fəaliyyətin davamı olaraq 2020-ci il Yanvar ayında Las Vegasda keçirilən CES 2020 texnologiya tədbirində müstəqil ekspert olaraq Azərbaycanı təmsil edib. 

    2020-ci ildə fəaliyyəti ilə xüsusi fərqlənən Fərid Pərdəşünas, pandemiya dönəmində yayılan texnoloji miflərin aradan qaldırılması, cəmiyyətin düzgün informasiya ilə təmin olunması istiqamətində fəaliyətini davam etdirmiş, xüsusən Vətən Müharibəsi dövründə kibertəhlükəsizlik sahəsində düşmənin kiber hücum istiqamətlərini müəyyənləşdirirək, sosial media üzərindən maarifləndirmə işləri aparmışdır. Sosial mediadakı fəaliyyəti ilə bəzi qlobal şirkətlərin, beynəlxalq brendlərin Azərbaycana qarşı qərəzli mövqelərinin aradan qaldırılması üzrə fəaliyyət göstərmiş, beynəlxalq rəqəmsal xəritələrdə Azərbaycanın ərazi bütövlüyünə qarşı olan ziddiyətli xətaları aradan qaldırmağa nail olmuşdur. Bu dövr ərzində rəqəmsal, texnoloji və kiber məlumatlarının ən güvənilir qaynağı olaraq fərqlənmişdir.

    Fərid Pərdəşünas bu uğurlu fəaliyyətini eyni zamanda düşmənin sosial media platformalarında da müharibə dövründə həyata keçirmişdir. Düşmən sosial mediasını alt-üst edən və minlərlə erməni məlumatlarının əldə edilməsinə şərait yaradan “Tavush Bot” əməliyyatına rəhbərlik etmişdir. Bu əməliyyat ilə sosial media botları vasitəsilə düşmənin informasiya qaynaqlarına müdaxiələlər həyata keçirilmiş, erməni tərəfinin həqiqi informasiyalar ilə təmin olunmasına dəstək göstərilmişdir. 

    Fərid Pərdəşünas eyni zamanda Vətən müharibəsində göstərdiyi könüllü fəaliyyətinə görə Azərbaycan Respublikası Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqı tərəfindən “İlin Könüllüsü” medalı ilə təltif edilib.  

2021-ci il üzrə gənclər üzrə Prezident mükafatının digər sahibləri ilə aşağıdan tanış ola bilərsiniz:

- Abbaszadə Orucəli Saleh oğlu

- Abdulova Nərgiz Cövdət qızı

- Əhmədov Ramil Bayram oğlu

- İsmayıllı İsmayıl Cəfər oğlu

- Qarayev Atəş İbrahim oğlu

- Qasımov Pərvin Alim oğlu

- Qasımzadə Zəhra İsa qızı

- Qənbərov Nəcəf Bilal oğlu

- Mirzəyeva Səmra Tahir qızı

- Pərdəşünas Fərid Bayram oğlu.

 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Azercell-dən Türkiyədəki abunəçilərinə dəstək!

Şirkət qardaş ölkədə rominqdə olan abunəçilərinin nömrələrinin balansını təmənnasız şəkildə artırıb..


Azercell bir daha qanvermə aksiyası keçirdi

Şirkət əməkdaşları talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqlara d..


ADA-nın 'Yay düşərgəsi' Azercell-də!

Lider mobil operator məktəbliləri rəqəmsal fəaliyyəti ilə tanış etdi


Azercell Milli Olimpiya Komandasına uğurlar arzulayır!

İyul ayının 23-ü Tokio Olimpiadasının açılış mərasimi baş tutdu.


Azercell-in dəstəklədiyi 'Uşaq Qaynar Xətti' son yarım ildə 3000-ə yaxın zəng qə..

“Uşaq Qaynar Xətt” xidməti uşaqların sağlam mühitdə böyüməsi üçün iş başındadır..

×