main-post-cover

    “Qızlara ağ yaraşır” daha bir Qran-pri qazandı!

    Reklam və Marketinq
    10.10.2023
    Emil Nəcəfov
         Azercell və Azərbaycan Cüdo Federasiyasının birgə tərəfdaşlığı ilə həyata keçirilən “Qızlara ağ yaraşır” layihəsi Mərkəzi Asiyanın ən böyük kommunikasiya festivalında — “Red Jolbors”da Qran-pri mükafatına layiq görülüb. Qran-pri ilə yanaşı, layihə 3 qızıl, 1 gümüş və 2 bürünc mükafat da qazanıb. “Qızlara ağ yaraşır” 6 ölkədən (Qazaxıstan, Özbəkistan, Azərbaycan, Gürcüstan, Qırğızıstan, Rusiya) daxil olan 509 müraciət arasından aşağıdakı nominasiyalar üzrə qalib seçilib: 
    1. Festivalın 2023-cü il üçün Qran-pri mükafatı
    2. “PR Kampaniyaları” kateqoriyasında qızıl mükafat
    3. “PR Strategiyası” kateqoriyasında qızıl mükafat
    4. “Kampaniya Strategiyası” kateqoriyasında qızıl mükafat
    5. “İnteqrasiya Olunmuş Reklam Kampaniyası” kateqoriyasında gümüş mükafat
    6. “Sosial film” kateqoriyasında bürünc mükafat
    7. “Tərəfdaşlıq” kateqoriyasında bürünc mükafat
         Jüri qismində isə Böyük Britaniya, Malayziya, Rusiya, İtaliya və Yeni Zelandiyadan olan reklam peşəkarları çıxış ediblər. Qeyd edək ki, “Qızlara ağ yaraşır” kampaniyasının yaradıcı tərəfdaşı “Endorphin” reklam agentliyidir.
         Bu, “Qızlara ağ yaraşır” sosial layihəsinin qalib gəldiyi ikinci beynəlxalq festival və qazandığı ikinci qran-pri mükafatıdır. Belə ki, layihə ötən ay Gürcüstanda baş tutmuş “Ad Black Sea” festivalında da 13 kateqoriyanın 6-da mükafata layiq görülmüşdü
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    ViewSonic VX2757-2K-PRO gaming monitoru təqdim edilib - QİYMƏTİ
    viewsonic-vx2757-2k-pro-gaming-monitoru-teqdim-edilib-qiymeti
    Cooler Master yeni gaming monitorunu təqdim edib
    cooler-master-yeni-gaming-monitorunu-teqdim-edib
    Samsung Galaxy S23 FE performans testlərindən keçib
    samsung-galaxy-s23-fe-performans-testlerinden-kecib
    OPPO A2x adlı yeni büdcəli smartfon təqdim edilib - QİYMƏTİ
    oppo-a2x-adli-yeni-budceli-smartfon-teqdim-edilib-qiykme
    Apple Vision Pro-nun növbəti versiyası daha yüngül olmalıdır
    apple-vision-pro-nun-novbeti-versiyasi-daha-yungul-olmalidir