Samsung cihazlarına yeni  baxış

Samsung cihazlarına yeni baxış

Reklam və Marketinq
11.08.2021 PAYLAŞIM

    Samsung Electronics, incə dizayn və qabaqcıl texnologiyanı özündə birləşdirən yeni nəsil əyilgən ekranlı cihazlar olan  Galaxy Z Fold 3 və Galaxy Z Flip 3 -ü təqdim edir. Üçüncü nəsil premium qatlana bilən smartfonların istehsalında, Samsung istifadəçilərinin əsas gözləntiləri olan cihazın davamlılığını və etibarlılığını, eyni zamanda əyilgən ekranı olan smartfonla qarşılıqlı əlaqə qurulması üçün bir sıra texniki xüsusiyyətlərin təkmilləşdirilməsini və interfeysin optimallaşdırılmasını təmin etmişdir. Məşhur dizaynlardan tutmuş immersive təcrübəyə qədər, Galaxy Z Flip3 və Galaxy Z Fold3 istifadəçilərə işləmək və oynamaq üçün unikal funksiyalar təqdim edir.

    Məhsuldarlıq və həyəcan dolu əyləncə axtaranlar üçün Galaxy Z Fold3 yeni nəsil performanslı, 7.6 düymlük Infinity Flex ekranlı və qatlana bilən smartfonlar arasında ilk dəfə S Pen-i dəstəkləyən ideal cihazdır. İlhamlandırıcı dizayn, təkmilləşdirilmiş kamera xüsusiyyətləri və daha böyük xarici ekran – budur yeni smartfonun əsas üstünlükləri. Həmçinin, Galaxy Z Flip3 tərz və müasir texnologiyanın ahəngdar birləşməsini axtaranları sevindirməyə hazırdır. Samsung istifadəçiləri daima ən davamlı qatlana bilən cihazlar axtarışındadır. Bu səbəbdən, yeni nəsil Galaxy Z smartfonlarının istehsalı zamanı cihazların zədələnməyə qarşı dözümlülüyünə xüsusi diqqət yetirilmişdir. Galaxy Z Fold3 və Galaxy Z Flip3 smartfonları ilk dəfə olaraq IPX8 suya davamlılığı dəstəkləyərək, istifadəçilərə istənilən hava şəraitində smartfondan rahat şəkildə istifadə edilməsini təmin etmişdir. Hər iki cihazda cızıqlara və digər zədələrə qarşı ən dözümlü Corning® Gorilla® Victus ™ şüşəsi ilə birlikdə Galaxy smartfonlarında ilk dəfə görəcəyiniz ən sərt metal olan Armor Aluminium istifadə olunmuşdur. Bundan əlavə, Galaxy Z Fold3 və Galaxy Z Flip3 yeni ekran qoruyucusu və əsas ekran üçün təkmilləşdirilmiş örtük ilə təchiz edilmişdir ki, bu da əvvəlki modellərə nisbətən smartfonları 80% daha davamlı displey sahibi edir.


    Galaxy Z Fold3 açın və sevdiyiniz məzmunu alt kameralı 7.6” sərhədsiz ekranda seyr edərkən displeydə baş verənlərin ab havasına qərq olun. Ekranın yuxarı hissəsində  yerləşən kamera dəliyinin minimum piksel sayı, Galaxy Z Fold3 istifadəçilərinə ən sevdikləri tətbiqlər üçün daha böyük görüntü sahəsi təqdim edir. Ekrana tətbiq olunan yeni Eco texnologiyası daha az enerji istehlakı ilə 29% daha yüksək parlaqlıq təmin edir. Axıcı istifadə təcrübəsi və cihazla sürətli qarşılıqlı əlaqə həm əsas, həm də xarici ekranlarda mövcud olan 120Hz yeniləmə sürəti ilə mümkün olmuşdur.

    Samsung Galaxy Z seriyasında ilk dəfə olaraq Note seriyası pərəstişkarlarının sevdiyi S Pen-dən istifadə təcrübəsini təqdim edir. İstifadəçilər çoxməqsədli işləmədə mükəmməl olan Galaxy Z Fold3 -ün əsas ekranı üçün tam optimallaşdırılmış S Pen xüsusiyyətlərindən istifadə edə bilərlər. Galaxy Z Fold3-ün böyük əsas ekranında qeydlər aparmaq daha da asanlaşdı: video zənglər zamanı qeydlər apararın və ya elektron poçtunuzu yoxlayarkən görüləcək işlərin siyahısını yoxlayın. S Pen ilə Galaxy Z Fold3 istifadəçiləri yaradıcılıq bacarıqlarını da inkişaf etdirə bilərlər.

    Galaxy Z Flip3 - cəlb edici rənglər, dəbdəbəli dizayn və üstün flaqman xüsusiyyətləri ilə fərqliliyinizi vurğulamağın əla yoludur. Galaxy Flip3, istifadəçilərə vacib anlarını paylaşmaq imkanı yaratmaq üçün yaradılıb. Qabaqcıl kamera xüsusiyyətləri və Flex rejimi, S-Pen-in güc düyməsinə iki dəfə basaraq qatlanmış Galaxy Z Flip3 ilə selfi çəkdirməyə və ya foto-video çəkməyə imkan yaradır. Əlavə olaraq, 120Hz yenilənmə sürəti sayəsində istifadə axıcı, paylaşma isə daha sürətli şəkildə həyata keçirilir.

    Galaxy Z ilə yanaşı, Samsung bütün gün rahatlıqla istifadə edəcəyiniz və üstün səs keyfiyyətinə malik Galaxy Buds2 naqilsiz qulaqlıqlarını da təqdim edir. Galaxy Buds Live və Galaxy Buds Pro -dan sonra, istifadəçilərin müxtəlif ehtiyaclarını ödəyən Galaxy Buds seriyasına yeni bir əlavəni qarşılayın. Galaxy ekosisteminin bir hissəsi olan TWS qulaqlıqları Galaxy smartfonları, planşetləri və ağıllı saatları üçün ideal əlavədir.

    Bundan əlavə, Samsung Electronics yeni nəsil Galaxy Watch4 və Galaxy Watch4 Classic modellərini də təqdim etdi. Bu Samsung-un Google ™ ilə birlikdə yaradılmış Wear OS ™ platformasını və Samsung tarixində istifadəsi ən asan interfeys olan One UI Watch-u istifadə edən ilk qurğulardır. Galaxy Watch4, Samsung-un yeni BioActive sensoru ilə təchiz olunmuşdur və ölçmə dəqiqliyini itirmədən daha yığcam hala gətirilmişdir. Ağıllı saatlar, gündəlik fəaliyyətlərinizi təqib etmək və yeni nailiyyətlər əldə etməyə həvəsləndirmək üçün bir neçə sağlamlıq funksiyaları ilə təchiz edilmişdir.

    Saatların Wear OS platforması sadə, rahat və effektivdir. Samsung-un yeni One UI Watch və Wear OS ilə istifadə təcrübəsi daha da asandır. Geniş funksionallıq təkmilləşdirilmiş prosessor, daha aydın və daha parlaq ekranlar və daha çox yaddaş daxil olmaqla texniki yeniliklərlə tamamlanır. Galaxy Watch4 məhsul seriyası, əvvəlki nəslə nisbətən 20% daha sürətli 5nm prosessor, 50% daha çox RAM və 10 qat daha sürətli GPU ilə təchiz edilmişdir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Azercell Mobil Müştəri Xidmətləri Şuşada!

Aparıcı mobil operator işğaldan azad olunmuş Qarabağda müştərilərinə xidmət göstərən ilk şirkət oldu..


Dünya şöhrətli alpinistimiz İsrafil Aşurlı yeni zirvələri fəth etməyə hazırlaşır..

“Azercell Telekom” MMC İsrafil Aşurlının tarixi “Zəfər Tacı” yürüşünün əsas tərəfdaşıdır..


Azercell Ağdamda keçirilən ilk Beynəlxalq elmi-praktik konfransı internet şəbəkə..

Azercell şirkətinin texniki dəstəyilə  konfrans iştirakçıları bütün tədbir boyunca yüksəksürətli int..


Layihə idarəolunması sahəsində profesionallaşmaq üçün 'PMO.az Consulting & ..

 Azərbaycanda son dövrlər layihələrin idarəolunması üzrə mütəxəssislərə geniş tələb yaranıb. Bir çox..


AzDimension 'Aksilon: Artefaktlar haqqında əfsanə - proloq' oyunun buraxıldığını..

AzDimension şirkəti üçün fantastik aləmində RPG janrında olan "Aksilon: Artefaktlar haqqında əf..

×